ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Xamenei Məşhəddəki çıxışını iqtisadiyyata həsr etdi

İran İslam İnqilabının Ali Dini Lideri dünən Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) hərəmində Novruz bayramı münasibətilə çıxış edib.

İslamazeri.com-un “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, daxili istehsalın önəmi və zərurətinə işarə edən Ayətullah Seyid Əli Xamenei bildirib: “Məmurların bu barədə ciddiyyəti və xalqın tələbkar olması bir çox problemlərin, xüsusən cavanların işsizlik problemlərinin aradan getməsinə səbəb olacaq. Əziz İran xalqı mənim əsas istədiyim şeyin, yəni hamının seçkilərdə iştirak etməsinin reallaşmasıyla izzət, iqtidar və abırlarının qorunmasına şərait yaradacaq və seçkilərdə parlaq iştirak etməklə öz əzəmətini düşmənə sübut edəcəkdir. Ötən il iqtisadi problemlərimiz çox olsa da, xalqımız həqiqətən də parlayırdı. Xalqın islam inqilabının dəyərlərinə və həmçinin dini və imani məsələlərə bağlı olması baş verən hərəkətləri ölçmək üçün 2 əsas meyardır. İran xalqı bütün fikir ayrılıqlarına və səliqə fərqliliklərinə baxmayaraq, inqilab və islam hakimiyyəti yolunda bir yöndədirlər.”

Düşmənin hədəfinin iqtisadi məsələlərdə təzyiq göstərmək olduğunu deyən Ayətullah Xamanei “Ölkənin ən mühüm işi məhz iqtisadi məsələlərdir. Düşmənimiz axmaq və imansızdır. Uzun illərdir ki, xalqımızı islam hakimiyyətindən ayırmaq üçün çalışır, lakin bugünədək nəticəsiz qalıb, nəticəsiz də qalacaq. Məmurların bu barədə çox ağır məsuliyyətləti var. Düşmən geniş təbliğatında xalqın məişət və iqtisadi problemlərini islam republikasına aid etmək istəyir. O bununla demək istəyir ki, islam hakimiyyəti də xalqın problemlərinin həllindən aciz qalıb. İslam hakimiyyəti və şah rejimi müqayisə etdiyimiz zaman düşmənin təbliğatının həqiqət olmadını anlamaq çətin deyil. İslam respublikası düşmənin hər tərəfli təzyiq və sanksiyalarına baxmayaraq, böyük və dəyərli xidmətlər göstərmişdir.”, -deyə əlavə edib.

Bütün bu xidmətlərin kənarında mənfi cəhətlərin də olduğunu etiraf edən inqilab rəhbəri deyib: “Bu nöqsanlar islam respublikasının ümumi hərəkatına görə deyil, idarəçilik və bəzi müdirlərin bacarıqsızlığına görədir. İslam inqilabı zamanı inqilaba uyğun, fəal və enerjili idarəçilik etdiyimiz zaman işlər irəliləmiş və zəifçilik, halsızkıq, ümidsizlik etdiyimiz zaman isə işlər hədəfdən yayınmışdır. Beləliklə müdirlər gərək ruhiyyəli və təsirli şəxslər olsunlar və daha çox səy göstərsinlər, Allahın yardımı ilə belə də olacaqdır. Ölkədə həll olmayacaq problem yoxdur. İdarəçiliklər dediyim qaydada olarsa bütün problemlər həll olacaqdır.”

Ayətullah Xamenei ölkənin ümumi iqtisadi vəziyyətini təhlil edərək deyib: “Bəzi meyarlar müsbət, bəziləri isə mənfiridir. İnfilasiyanın faizi azalsa da, işsizlik çoxalmışdır. İqtisadi inkişaf artsa da, azala da var. Neft sahəsində irəliləsək də, digər sahələrdə geriləmişik. Belə olan halda iqtisadi problemlərin həlli üçün ən münasib iş milli və daxili istehsaldır. Bununla biz iş yerlərinin yaranması, günün problemi olan işsizliyin azalması, istedadların çiçəklənməsi, ixracın çoxalması, cəmiyyətin ictimai, əxlaqi və mədəni bəlalarından olan xarici markaların rəng itirməsi, ictimai problemlərin azalması, milli sevincin yaranmasına və digər faydalara nail ola bilərik. Bütün bu məsələləri bəyan etməkdən məqsədim budur ki, iqtisadi məsələlərdə çıxılmaz vəziyyətdə qalmamışıq və irəliləyə bilərik. Bunun reallaşması üçün bu işin başında ciddi, həvəsli, ruhiyyəli, təsirli müdirlər olmalı, xalqı meydana gətirməli, ixrac olunan malların artması, qaçaqçılığın məhv olması zəruridir. Qida, geyim məhsullarının, ev əşyalarının, məktəb ləvazimatlarının ölkəyə idxal olunması utanc vericidir. Bəzi mallar ölkədə istehsal olmasalar da, bunu etmək çətin deyil. Bu maneələri aradan apararaq, bu malların idxal olunmasının qarşısı alınmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button