ArxivXəbər lentiXəbərlər

Aprel döyüşlərində ağır yaralanan zabitimiz prezidentə müraciət edib – Tam mətn

Aprel döyüşlərində ermənilərə divan tutarkən ağır yaralanan zabitimiz ikici qrup əlil kapitan Məmmədov Hikmət Aydın oğlu Hədəf14.az- a ünvanladığı məktubunda ölkə başçısı İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli Ali Baş Komandanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən Məmmədov Hikmət Aydın oğlu 1985-ci il oktyabrın 5-də Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhər 3 saylı orta məktəbini bitirmişəm. 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuşam. Oranı bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil oldum. 2008-ci ildə leytenant rütbəsi alaraq Təlim-tədris mərkəzində işə başladım. Bundan sonra isə Beyləqan və Ağcabədi rayonlarına zabit olaraq xidmət etdim.

Hörmətli cənab prezident!

Azərbaycan ordusunda xidmət etdiyim üçün həmişə qürur duymuşam və bu xidmətlərim komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilib. Medallarla təltif edilmişəm. 2016-cı ildə dörd günlük aprel döyüşlərində tabeçiliyimdə olan şəxsi heyətimlə Füzuli istiqamətində gedən döyüşlər zamanı erməniləri itki verməyə məcbur edərək bir postu azad etdim. Aprelin 2-də isə özüm başımdan və qarın nahiyyəmdən ağır qəlpə yaraları aldım. Tibbi işçilərimizin müdaxiləsindən sonra əməliyyat olunaraq həyatım xilas edildi. Müdafiə Nazirliyimiz tərəfindən aprel döyüşlərində göstərdiyim xidmətlərimə görə “Fərqlənməyə görə” və “Vətən naminə” medalları ilə təltif edilərək ordu sıralarından sağlamlığımı itirdiyim üçün təxris olundum. Bu arada Müdafiə Nazirliyimizin mənə göstərdiyi diqqət və qayğıya görə başda Siz olmaqla hamıya minnətdarlıq edirəm. Çox razıyam.

Hörmətli cənab prezident!

Bu gün Sizə müraciət etməkdə məqsədim ailəmlə birlikdə kirayələrdə yaşamaq problemimdir. Mən ailəliyəm, 3 yaşlı oğlum və həyat yoldaşımla Sumqayıt şəhərində kirayədə yaşayıram. Aldığım təqaüdün çox hissəsini hər ay kirayə haqqı verirəm. Sizdən xahişim odur ki, mənə mənzil verilməsi üçün Sumqayıt şəhər rəhbərliyinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button