Xəbərlər

İlham Əliyevi dəstəkləyən dindarlar

bu konfransa toplanan dindarlar isə heç olmasa hicab problemini qaldırmadılar.

Bəzən belə də deyirlər ki, mətbuat ictimai fikri formalaşdırır, cəmiyyəti maarifləndirir, xalqı ayıldır, ancaq gördüyümüz kimi cəmiyyətimizin hakimiyyətə qulluq edən dindar kəsimi qeyd olnan mülahizədən kənardır.

Avqustun 22-də Sumqayıt şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt-Abşeron bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib.

Konfransın məqsədi dövlət və din münasibətlərindəki problemlər və onların həlli yolları, bu mövzuda dini icma üzvlərinin təklif və tövsiyyələr olmaq əvəzinə bölgənin dini icmasını Dövlət Komitəsinin və İcra hakimiyyəti strukturlarının vasitəsilə prezident seçkilərində İlham Əliyevə dəstək qazandırması olub.

Dindarların adından çıxış edən və fəal dindar kimi təqdim olunan şəxslər ölkədə dini icmaların vəziyyətinin yaxşı olmasını, sabitliyi, dindarlar üçün yaradılan şəraiti əsasə gətirərək bu siyasəti yürüdən İlham Əliyevə dəstək olacaqlarını bəyan ediblər.

Zala toplanan dindarlardan kimsə durub deməyib ki, axı Azərbaycanda iki ildir yüz minlərlər qız uşağı hicab qadağası səbəbindən təhsil almaq hüququndan məhrum olub, hicaba azadlıq tələb edən 300 nəfər dindar həbsxanada məhv olur, hələ də hicaba azadlıq tələb edən gənc dindarlar təqib olunur və bütün bu hadisələr İlham Əliyev prezident olduğu dövrdə baş verir.

İslamın din olaraq və müsəlmanların Azərbaycanda problemləri çoxdur, ən vacibi isə hicab qadağasıdır, bu konfransa toplanan dindarlar isə heç olmasa hicab problemini qaldırmadılar. Əksinə onlar və ya onların iştirakı ilə onların adından İlham Əliyevə dəstək ifadə olundu, bununla da dindarların bir qismi hakimiyyətin əlində alətə çevrildi.

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button