ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İlham Əliyev tənqiddən sonra sərəncama dəyişiklik etdi

“COP29”un təşkilat komitəsinə qadınlar da qoşuldu

Prezident İlham Əliyev “COP29” sammitinin təşkilat komitəsində qadınların təmsil olunması üçün əvvəlki sərəncamına dəyişiklik edib.
Artıq təşkilat komitəsində 12 qadın var. Onlar Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, deputatlar – Nigar Arpadarai və Sevinc Fətəliyeva, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Ombudsman Səbinə Əliyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva, “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri Firuzə Sultanzadə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Mədəniyyət nazirinin müavini Səadət Yusifovadır.
Bundan öncəki sərəncamla “COP29” iqlim dəyişikliyi sammitinin idarə heyətinə 28 nəfər kişi təyin edilmişdi.
Onlar hökumətin nazirləri və ya rəsmiləri, o cümlədən dövlət təhlükəsizlik xidmətinin rəhbərliyində təmsil olunan şəxslər idi.
“She Changes Climate” (“O, İqlimi Dəyişdirir”) kampaniya qrupu bu qərarı “reqressiv” adlandırmışdı.
Bildirmişdi ki, keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən “COP28” iqlim sammitinin təşkilat komitəsinin üzvlərinin 63 faizini qadınlar təşkil edib.
“She Changes Climate” bildirirdi ki, hətta Azərbaycanın Dövlət Qazpaylayıcı Şəbəkəsinin rəhbəri də komandanın tərkibindədir:
“Bu şəxs iqlimi dəyişdirir, onun komandada təmsil olunması absurddur”.
Təşkilat bildirirdi ki, iqlim dəyişikliyi bütün dünyaya təsir edir. Odur ki, bu problemin həlli ilə bağlı sammitin idarə heyətində qadınlar da təmsil olunmalıdır.
Azərbaycan Şərqi Avropa dövlətlərinin dəstəyini qazandıqdan sonra bu il keçiriləcək “COP29″ iqlim dəyişikliyi sammitinə ev sahibliyi etməyə hazırlaşır.
Bu, çox böyük tədbirdir. Məsələn, BƏƏ-də keçirilən “COP28” sammitində 90 mindən çox nümayəndə iştirak edib.
Beynəlxalq təşkilatlar və Avropa Birliyi ölkələrindən bəziləri bu tədbirin neft-qaz ixrac edən, OPEC+ ölkəsi olan Azərbaycanda keçirilməsinə isti baxmır.
Həmçinin Azərbaycandakı müstəqil ekspertlər hesab edirlər ki, bu, indiyədək ölkənin ev sahibliyi edəcəyi ən böyük tədbirdir və Bakı buna infrastruktur baxımından hazır deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button