ArxivXəbər lentiXəbərlər

İlham Əliyev müsəlman ölkələrini Ermənistanı boykot etməyə çağırdı

Azərbaycan Respublikasının Prezidenti müsəlman ölkələrinə çağırış edib.

İslamazeri.com-un “OIC Journal”-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsəlman ölkələrini Ermənistanla əməkdaşlıqdan çəkinməyə səsləyib.

Ermənistanı BMT də, İslam Əməkdaşlığı Təşkilatı da təcavüzkar olaraq qəbul edib. Bu beynəlxalq təşkilatlarının qətnamələri Ermənistanla əməkdaşlıq haqda düşünən bütün müsəlman ölkələri üçün mesaj olmalıdır.”, – deyə o qeyd edib.

Prezidentin sözlərinə görə, Ermənistanın işğalçı fəaliyyəti Azərbaycanla yanaşı, İslam dünyasının bütün mədəni-tarixi mirası üçün təhlükə mənbəyidir.

Ermənistanı rəsmi şəkildə tanımayan ölkələr var. Türkiyənin də Ermənistanla heç bir əlaqəsi yoxdur. Bundan başqa, hazırda 5 müsəlman ölkəsi Xocalı soyqırımını dövlət səviyyəsində qəbul ediblər. Biz, aparıcı müsəlman ölkələrinin bu hərəkətlərini Azərbaycanla qardaş münasibətlərinin ifadəsi və ona verilən dəstək kimi qəbul edirik.”, – deyə o qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button