Xəbərlər

İlham Əliyev İrana səfər edəcək

Prezident İlham Əliyev aprel ayında İrana səfər edəcək.

Marka.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib. O, İran mətbuatına açıqlamasında bildirib ki, İlham Əliyev İran prezidenti Həsən Ruhaninin dəvəti ilə aprelin sonlarında İrana səfər edəcək.

Möhsün Pakayin sözlərinə görə, görüşdən bir ay sonra iki ölkənin iqtisadi komissiyalarının iştirakı ilə birgə iclas keçiriləcək. Həmçinin səfir vurğulayıb ki, sərhəddə yerləşən şəhərlər arasında olan əlaqələrin gücləndirilməsi İranın Azərbaycandakı səfirliyinin qarşısında duran əsas vəzifədir./musavat/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button