İlham Əliyev: “Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır”
Azərbaycan Respublikası prezidenti Qəzzədə yaşanan faciəyə tezliklə son qoyulmasına çağırıb.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev mayın səkkizində Qahirədə Misirin prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında çıxışı zamanı sionist rejimin yeddi aydır davam edən və 37 mindən çox fələstinlinin qırğını ilə nəticələnən hücumlarına son qoyulmasına çağırıb.
“Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır.”- İlham Əliyev deyib.
Azərbaycan Respublikası prezidenti Misirin bu istiqamətlərdəki səylərini dəstəklədiyini bildirib. Misir prezidenti Əbdülfəttah əs-Sisi də bildirib ki, azərbaycanlı həmkarı ilə müzakirələrdə, eyni zamanda, Qəzzada fələstinli insanlar üçün humanitar yardımların həcminin artırılması istiqamətində Misirin səyləri müzakirə edilib və 1967-ci il iyunun 4-dən əvvəlki sərhədlər çərçivəsində müstəqil Fələstin Dövlətinin yaradılmasının zəruriliyini vurğulanıb.
Qeyd edək ki, son günlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti SOCAR-ın İstanbul ofisi qarşısında keçirilən aksiyada etirazçılar sionist İsrail rejiminə neft satışının dayandırılmasını tələb etmişdilər. SOCAR sonra bir bəyanat yayaraq qəsbkar rejimə neft tədarükünü inkar etsə də bu, Türkiyə cəmiyyətində birmənalı qarşılanmadı.