ArxivXəbər lentiXəbərlər

İlahiyyatçı Fərhad Mirzənin səhhəti yaxşı deyil

Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı Fərhad Mirzədən yeni xəbər var

 “Səhhəti pisləşdiyinə görə, bir neçə gün öncə Fərhad Mirzəni Penitensiarın Mərkəzi Tibbi Mərkəzinə aparıblar. Hazırda səhhəti yaxşı deyil.”

Bu sözləri İslamazeri.az-a ilahiyyatçı, yazar Fərhad Mirzənin həyat yoldaşı Vüsalə Muradova bildirib.

Onun sözlərinə görə, dünən həyat yoldaşı ilə telefon əlaqəsi yarada biliblər.

“Mənəvi ruhiyyəsi yüksək səviyyədə olmasına baxmayaraq, səhhətinin pis olması açıq aşkar biruzə verir. Bir müddət əvvəl ağciyər və qaraciyərində şiddətli ağrıları tutub və o, Penitensiarın Mərkəzi Tibbi Mərkəzinə aparılıb. Bir neçə gündən sonra isə, yenidən onu Kürdəxanıya qaytarıblar. Orada xəstəliyindən əziyyət çəkir. Kameralar soyuq olduğuna görə, kurtkada yatır. Xəstəlik səbəbindən vərəmə yoluxma riski çoxdur. Reseptlə dərmanlarını özünə verə bilmişik. Həkimi deyir ki, müalicəsi davam etməsə vəziyyəti daha da ağırlaşacaq.” deyə Vüsalə Muradova bildirib.

Fərhad Mirzənin həyat yoldaşının sözlərinə görə, həbsxanada ərinin  vərəmə yoluxması,  qaraciyərində ağrıların ciddi fəsad verməsi qaçılmazdır.

Qeyd edək ki, Fərhad Mirzə “hepatit c” xəstəliyindən əziyyət çəkirdi. Qismən müalicə olan ilahiyyatçı Nardaran hadisələrindən sonra polis tərəfindən saxlanılıb. O, ACM-nin 228.1 (silah gəzdirmə) və daha bir neçə maddəsilə ittiham olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button