ArxivXəbər lentiXəbərlər

İlahiyyatçı Elman Ağayevdən xəbər var

E.Ağayev barəsində seçilən həbs-qətimkan tədbiri 3 ay 25 gün müddətinə uzadılıb.
Nəsimi Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı Lənkəranda tutulan ilahiyyatçı Elman Ağayevin həbs müddəti artırılıb.
«Report» bu xəbəri E.Ağayevin vəkilinə istinadən yayıb.
Elman Ağayev barəsində seçilən həbs-qətimkan tədbiri 3 ay 25 gün müddətinə uzadılıb.
Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 2-si polis, 4-ü mülki şəxs olmaqla, 6 nəfər həyatını itirib.
Daha sonra kütləvi həbslər başlanıb. Bu həbslər zamanı «Müsəlman Birliyi» Hərəkatını sədri Tale Bağırzadə və xeyli tərəfdarı həbs ediliblər. Ölkə prokurorluğu Nardaran hadisələri ilə bağlı 70-dən çox şəxsin həbs edildiyini bildirib.
Onlara qarşı terrorçuluğun təşkili, qanunsuz silah saxlama kimi ağır ittihamlar irəli sürülüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button