ArxivXəbər lentiXəbərlər

İKİLİ MÖVQE, QƏRƏZLİ MÜNASİBƏT

Xəbər verildiyi kimi, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun ailəsinə ağır itki üz verib. Onun atası Mərdan Sənmədov dünyasını dəyişib.

  AİP səlahiyyətliləri partiyanın sədri Mövsüm Səmədovun atasının yas mərasimində iştirakına imkan yaradılması üçün ölkə rəhbərliyinə və müfafiq qurumlara müraciət etmişdi. Bu zaman penetinsiar xidmət rəhbərliyinə  məhbusların cəzaçəkmə şəraitini yüngülləşdirmək, onların ailələri ilə mütəmadi görüşlərinin, hətta yaxınlarını itirərkən yas məclisində iştiraklarının təmin olunması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi barədə ölkə başçısının verdiyi sərəncam əsas göstərilmişdi.

 Lakin məlum olduğu kimi, AİP sədrinə həm humanizm prinsiplərinə, həm də dövlət başçısının sərəncamına zidd olaraq belə bir imkan yaradılmadı. Tanınmışsiyasi xadim, ruhanı alim, haqq-ədalət uğrunda mübarizədə azadlığını və sağlamlığını qurban verən Mövsüm Səmədov nəinki atasını son mənzilə yola sala bilmədi, həmçinin yas mərasiminə gələn qonaqları da evin tək oğlu olaraq qarşılayıb yola salmaq imkanından da məhrum edildi.

 Azərbaycan xalqının mental dəyərlərinin önündə gələn humanizm ənənəsinin pozulması, hacı Mövsümün nəzarət altında olmaqla belə atası ilə son görüşə buraxılmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Ölkənin tanınmış ruhaniləri, ictimai-siyasi xadimləri bu hadisəyə narazılıqlarını bildiriblər.

 DEVAMM sədri hacı İlqar İbrahimoğlu, VİP sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu və digər tanınmış simalar Mövsüm Səmədova atasının dəfnində iştirak etməyə içazə verilməməsini humanizmdən uzaq addım kimi dəyərləndiriblər.

 AXP sədri Pənah Hüseyn bu addımın humanizm prinsipləri ilə yanaşı, ölkə qanunlarına və dövlət başçısının göstərişlərinə də zidd olduğunu deyib:

 “Bu qanuna da, insanlıq prinsiplərinə də, humanizmə də ziddir. Çünki dəfələrlə belə vəziyyətlərdə məhkumlara  öz yaxınlarının yas mərasimində iştirak etməyə icazə verildiyinin şahidi olmuşuq. Mövsüm Səmədova qarşı istisnaya yol verilməsi bir daha sübut edir ki, ona qarşı ikili mövqe və qərəzli münasibət mövcuddur. Təəssüf ki, bu, günümüzün reallığıdır.

Nazilə Nəriman

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button