ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

İki siyasi məhbus əfvə düşdü

  • Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, sərəncam dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumlara şamil edilib.

Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Onların arasında iki siyasi məhbus da var: Fəraməz Abbasov və Eldar Binyadov.

Qeyd edək ki, Fəraməz Abbasov 2011-ci ildə həbs edilib.

2011-ci il yanvar ayının 7-si axşam saatlarında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və Partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev saxlanılıb.

Əvvəlcə məhkəmə onlara 10 sutka həbs cəzası verib, sonra aparılan əməliyyatlarla daha bir neçə nəfər həbs edilib.

9 ay sonra – 7 oktyabr 2011-ci ildə uzun məhkəmə çəkişməsindən sonra Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadəyə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədova 12 il, Firdovsi Məmmədrzayevə 10 il, əmisi oğlu Dəyanət Səmədova 10 il, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, Fəramiz Abbasova 11 il azadlıqdan məhrumetmə cəzasının verilməsi ilə bağlı hökmü elan edib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxunub.

İslamçıları müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirib.

Vaqif Abdullayev həbsdən 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

Adıçəkilən şəxslər beynəlxalq insan haqları qurumları tərəfindən siyasi məhbus elan ediliblər.

Eldar Əliağa oğlu Binyadov isə 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən 7 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən olaylarla bağlı həbs edilib. 2017-ci il dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyadov 12 il 3 ay, Elman Ağazadə 13 il, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev 13 il, Ramil Seyfullayev 13 il, Mübariz brahimov 13 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il azadlıqdan məhrum edilib. İlahiyyatçılar Elman Ağazadə və Zülfüqar Mikayılov 2019-cu il martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Təqsirləndirilən şəxslər günahsız olduqlarını, Nardaranda polisləri dövlət orqanlarının öldürdüyünü bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button