ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İki beynəlxalq gücün Cənubi Qafqazda rəqabəti ABŞ və Rusiya Qarabağla bağlı yeni addımlar atırlar

ABŞ və Rusiya Minsk Qrupundan xaric Cənubi Qafqazda yeni addımlar atmağa başlamışlar.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib ki, Vaşinqton uzunmüddətli sülh naminə tərəfdaşları ilə əməkdaşlığa hazırdır.

Rusiya isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin edib.

Fövqəladə və səlahiyyətli səfir İqor Xavayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz açıqlamasında vurğulayıb ki, İqor Xovayev diqqətini Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanmasına yönəldəcək.

Ötən həftənin sonunda Rusiya xarici işlər naziri Vaşinqton və Parisin ATƏT-in Minsk Qrupu çərçivəsində Moskva ilə əməkdaşlıqdan imtina etdiyini bildirib.

Mariya Zaxarova bəyan edib ki, Cənubi Qafqazdakı real vəziyyət danışıqları dayandırmağa imkan vermir və regionda uzunmüddətli sülhün bərpası üçün əlavə tədbirlərə ehtiyac var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button