Xəbərlər

Erməni geoloqun Bakıdan oğurladığı xəritə ilə Qarabağda misilsiz TALAN

20 ildir ki, Dağlıq Qarabağın faydalı qazıntıları talan edilir. Ermənistan Azərbaycanın işğal altındakı bölgəsinin bütün yeraltı və yerüstü sərvətlərini qanunsuz olaraq mənimsəyir.

Hələ 1968-ci ildə Azərbaycan SSR hökuməti Murovdağa geoloji ekspedisiya təşkil etmişdi. Ekspedisiyanın nəticələrinə dair hesabatda göstərilirdi ki, Kəlbəcər, Laçın və Ağdərə rayonlarında ən azı 550 ton qızıl, 2700 ton gümüş, 1 milyon 175 min ton mis ehtiyatı var. Təəssüf ki, faydakı qazıntı yataqlarının dəqiq koordinatlarını özündə ehtiva edən geoloji sənəd milliyyətcə erməni olan Bakı sakini, Azərbaycan SSR-in əməkdar geoloqu və geologiya-mineralogiya elmləri üzrə namizəd Arsen Çaturovun əlinə keçir. 1988-ci ilin dekabrında Bakını tərk edən erməni geoloq qiymətli sənədləri də özü ilə Yerevana aparır. Dağlıq Qarabağın işğal olunması ilə o vaxt üçün artıq dünyasını dəyişən Çaturovun geoloji sənədlərini işğalçı Ermənistan hökuməti istifadə etməyə başlayır.

2002-ci ildə Dağlıq Qarabağın faydalı qazıntı ehtiyatlarını talamaq üçün Ermənistanda qeydiyyatdan keçirilən “Valeks” (Vallex Group) şirkəti fəaliyyətə başlayıb. Çaturovun Bakıdan apardığı geoloji xəritədən istifadə edən şirkət keçmiş Ağdərə rayonunun Sərsəng su anbarı yaxınlığında yerləşən Drambon kəndində nəhəng mis-molibden-qızıl yatağının kəşfiyyat işlərinə başlayır. 2003-cü ilin aprelindən başlayaraq yataq genişmiqyaslı istismara verilir. Yaxınlıqdakı metaləritmə fabriki sayəsində Drambon yatağından gün ərzində 800 tona qədər metal konsentratı çıxarılır.
Separatçı Dağlıq Qarabağ rejiminin büdcə gəlirlərinin 18%-i “Valeks” şirkətinin istismar etdiyi yatağa görə ödədiyi məbləğ idi. Lakin 2010-cu ildən başlayaraq Drambon yatağındakı ehtiyatlar azalmağa başlayıb. Bununla bağlı jurnalistlərə açıqlamasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın separatçı “baş naziri” Ara Arutunyan yaxın üç ildə yatağın ehtiyatlarının tükənəcəyini bildirir. Bu səbəbdən büdcəyə ödənilən vergilərin azaldığını bildirən Arutunyan əvəzində 2015-ci ildən başlayaraq Ağdərənin daha bir kəndi olan “Kaşen”də (Dəmirli) aşkar edilən mis-molibden yatağını istifadə verəcəklərini elan edib.

Murovdağ ekspedisiyasının sovet dövründə tərtib etdiyi geoloji xəritədən istifadə edən erməni geoloqlar burada yaxın 10 ildə 17 milyon metal konsentratının emal olunacağını ehtimal edirlər.

“Valeks” şirkəti isə layihəni həyata keçirmək üçün 80 milyon dollar vəsait ayıracağını bildirib. Gələcək perspektiv olaraq isə Mehmanə kəndində geoloji kəşfiyyat işlərinin aparılacağı proqnozlaşdırılır.

“Hədəfimiz Qarabağda sübut olunan metal ehtiyatlarının sayını 1 milyon tona çatdırmaqdır. Bu mənada Karvaçar (Kəlbəcər) və Berdzor (Laçın) rayonları arasındakı Çrasar (Dəlidağ) yatağı və Kovsakandakı (Zəngilan) bir neçə mis-qızıl yatağı geoloji kəşfiyyat zamanı çox yaxşı nəticələr verib. Bu yataqlar bizim üçün çox böyük maraq doğurur”.

Bu sözləri isə Dağlıq Qarabağdakı separatçı rejimin qondarma “geoloji kəşfiyyat xidməti”nin rəhbəri, SSRİ-nin sonuncu geologiya naziri, Bakıda anadan olmuş və ən maraqlısı yazının əvvəlində haqqında söz açdığımız mərhum Arsen Çaturovun yaxın dostu olan Qriqori Qabrielyants deyib.

Modern.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button