Xəbərlər

Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərlə görüşə hazırlaşır

“Son günlər Dağlıq Qarabağ münaqişəsinin həllində iki ölkənin mədəniyyət adamları və ziyalıları arasında görüşün keçirilməsi məsələsi yenidən müzakirə olunur.

Bilirsiniz ki, Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin birgə razılığı əsasında azərbaycanlı və erməni ziyalılarının, mədəniyyət adamlarının görüşünün baş tutması istiqamətdə bir neçə təmas olub. Düşünürəm ki, bu çox vacib və faydalı görüşlərdir”.

“Dağlıq Qarabağın azərbaycanlı icması hər zaman mədəniyyət adamları ilə yanaşı, erməni və azərbaycanlı icmalarının nümayəndələrinin də görüşünə tərəfdar olub. Lakin Ermənistan Qarabağ ermənilərini görüşə buraxmır. Halbuki biz maraqlıyıq ki, bu görüşlər baş tutsun. Bu məsələdə müəyyən irəliləyiş var, lakin bu barədə danışmaq hələ ki tezdir. İnanırıq ki, ikitərəfli görüşlər böyük sülh müqaviləsinə öz töhfəsini verəcək”, – deyə R.Rzayev vurğulayıb.

modern.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button