ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hz. Hüseynin (ə) sevgisini bizdən ayırmaq olmaz

Aşura Hz.Hüseynin (ə) başlatdığı mübarizə hərəkatıdır. Bu hərəkat haqqı-ədaləti, ləyaqəti, sədaqəti, insanlığı sevməyi, haqqa bağlılığı-gözəl olan hər şeyi özündə cəmləyib.Hz Hüseyn bir xalqa məxsus deyil. O, bütün azad insanların rəhbəri və bəşəri dəyəridir. Azərbaycan xalqı Kərbəla hadisəsinin əvvəlindən bu gününə qədər Aşura mərasimlərini keçirir, Hz.Hüseynin (ə) əzasını saxlayır. Aşurada Hz.Hüseynin(ə) sadiq dostlarından biri Azəri türkü Müslüm ibn Əmrin Kərbəla şəhidlərinin sırasında olması bizim xalq üçün də qürurvericidir.

Xalqımız Hz.Hüseynin əqidə və ideyasından yol alıb keçmiş tarixindən indiyə kimi öz milli kimliyini formalaşdırıb. Tarix boyu insanlar Hz.Hüseynin (ə) başlatdığı hərəkatdan örnək götürərək, vətəni, xalqı, dövləti, dininin uğrundan meydanlara girib öz məqsədinə nail olub. Sonuncu Vətən müharibəsində igid,mərd və dəyanətli insanlar “Hüseyn Hüseyn” zikri, “Ləbbeyk Ya Hüseyn” şüarı ilə azğın ermənilərə gözəl dərs verib, 30 illik işğala son qoyaraq, torpaqları azad ediblər.

Çox təəssüf ki, bizlərə milli kimliyimizi və qələbəmizi bəxş etməyə vəsilə olan Hz.Hüseynə (ə) və Aşuraya qarşı qadağalar, hörmətsizliklər olunur. Bu cılız işlərin arxasında böyük güclər, xarici qüvvələr olsa da, avam və savaddan yoxsul kəslər də bu tora düşərək, onların dəyirmanına su tökürlər. Nəticədə də, öz tarixinlərinə,milli kimliyinə, keçmişinə, Aşuradan və Hz.Hüseyndən(ə) yazmış dahi şəxslərə, xalqına, öz ənənəvi irslərinə xəyanət edirlər.

Xalqın dəyərlərinə qarşı kəskin şəkildə anti-təbliğat aparan kommunist,ateist düşüncəlilər 70 il Sovetin dövründə mövcud idi. Onlar o zaman insanların inanclarını dəyişə bilmədikləri kimi, bu gündə Allahın izni ilə bacarmayacaqlar. Çünki Hz.Hüseynə (ə) sevgi,Aşuraya bağlılıq bu xalqın canına və ruhuna hoparaq, bütünləşib. Aşura və Hz.Hüseyn (ə) sevgisini insanlardan ayırmaq mümkün deyil. Bu pis niyyətlərini davam etdirmək istəyənlər, məqsədlərinə çatmaq üçün ilk öncə, gərək dəyərlərinə bağlı olan insanların sinələrindən ürəklərini çıxarsınlar ki, bəlkə məqsədlərinə çatdılar. Yoxsa ki, əzadarlıq keçirilən evlərə basqın etməklə, “Ya Hüseyn” şüarlarını divarlardan silib, Hz.Hüseynin (ə) əza bayraqlarını cırıb-çıxarmaqla, bu mümkün olmayacaq.Bu gün ölkədə Hz.Hüseynin (ə) Aşura mərasiminə qarşı çıxanlar, xalqın dəyərlərinə, dininə qarşı təbliğat aparanlar, “ağlınız” varsa,azca düşünün ! 1400 il bundan qabaq kimsəsiz səhralıqda Hz.Hüseyn (ə) “mənə kömək edən bir kəs varmı?” deyə bir kəlmə söz işlədir. Bu gün dünyanın qərbindən-şərqinə qədər yüz milyonlarla insan bu çağırışa Ləbbeyk deyir və bu ləbbeyklər Qiyamətə kimi də davam edəcək.
Bizlər Hz.Hüseynin(ə) çağrışına Ləbbeyk deməklə öz borcumuzu yerinə yetiririk.
Allah dünyada bizi Hz.Hüseynin (ə) xidmətçisi, onun yoluna sadiq və sabitqdəm olmağı nəsib etsin

Siyasi Məhbus Abbas Hüseyn.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button