Aktual

Müsavat Partiyası Rüstəm İbrahimbəyovdan başqa namizədi də dəstəkləyə bilər

İki gün bundan öncə ABŞ Konqresinin Helsinki Komitəsində “Problemli tərəfdaş-Azərbaycanda artan avtoritarizm və insan haqları” adlı dinləmələr zamanı çıxış edən hökumət nümayəndələrinin səsləndirdiyi fikirlərdən sonra qismən də olsa aydınlaşdı ki, Azərbaycan hökuməti Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmasına maneə törətməyəcək. Bundan sonra Milli Şuranın vahid namizədi ilə bağlı həll edilməyən yeganə və əsas problem qeydiyyat məsələsidir ki, neçə vaxtdır geniş müzakirələrə yol açıb. Eyni halda Rüstəm İbrahimbəyovun qeydiyyata alınmaması müqabilində Müsavat Partiyasının namizədlə bağlı sərgiləcəyi mövqeyi cəmiyyət üçün  maraqlı qalan məsələlərdən biridir. Ona görə ki, Rüstəm İbrahimbəyovun vahid namizədliyi irəli sürüldükdən sonra Müsavat Partiyası İsa Qəmbərin namizədliyini geri götürmədi. Bəs birdən Milli Şuranın hazırkı namizədi qeydiyyata alınmadığı halda Rüstəm İbrahimbəyov tərəfindən hər hansı bir alternativ vahid namizəd irəli sürülərsə Müsavat Partiyasının mövqeyi necə olacaq? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı, bildirdi ki, Müsavat Partiyasının mövqeyi irəli sürüləcək namizədin kimliyindən asılı olacaq.
Müsahib bildirdi ki, əgər irəli sürüləcək namizəd Milli Şuranın tərkibindəki intelektuallardan olarsa çox böyük ehtimalla Müsavat Partiyası onu dəstəkləyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button