ArxivXəbər lentiXəbərlər

Hüseyn Zülfüqari: “İranla Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yüksək səviyyədədir” Böyüt

İran və Azərbaycan arasında mövcud olan sərhədlərdə heç bir problem yoxdur, iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığı yüksək səviyyədədir.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari deyib.

H.Zülfüqari son günlər İranın şimal-qərbində terrorçularla baş verən atışmalara da toxunub: “Hazırda həmin bölgədə təhlükəsizlik tam təmin olunub. Silahlı terrorçu qruplaşma üzvləri ilə sərhəddə bir-iki dəfə atışmalar qeydə alınıb. Bu zaman terrorçulardan bir neçəsi məhv edilib”.

H.Zülfüqari çox sayda Əfqanıstan vətəndaşlarının İranda məskunlaşdığını da qeyd edib: “Baxmayaraq ki, ötən il qanunsuz miqrantların çoxunu geri göndərmişik, Əfqanıstan vətəndaşlarının ölkəmizə axını davam edir. Təcrübə göstərir ki, 1 milyon miqrantı qanuni şəkildə qəbul etdikdə, o qədər də insan qeyri-qanuni yollarla ölkəyə daxil olur, ölkəyə miqrantların qanunsuz daxil olma cəhdlərinin sayı artır. Əfqanıstan hökuməti bu kimi hallara məsuliyyətli yanaşmalı, öz vətəndaşlarının köçməsinin qarşısını almalıdır. Öz növbəsində, BMT İrana bu sahədə yardımlarını artırmalıdır. Çünki, hazırki yardımlar xərcləri ödəmir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button