ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

«Arman» sistemi üç dəqiqədən az bir zamanda əməliyyata hazır olacaq

Məhəmməd-Rza Aştiyani «Şəhid Arman» və «Azərəxş» hava hücumundan müdafiə sistemlərinin təqdimat mərasiminin kənarında söyləyib: Müdafiə Nazirliyi ölkənin müdafiə gücünü artırmaq və təqdimatların davam etdirilməsi istiqamətində var gücünü silahlı qüvvələri silah və sursatlarla dəstəkləməyə və müdafiə sahələrindəki ehtiyacları təmin etməyə yönəldib.
O, əlavə edib: «Şəhid Arman» sistemi yüksək dərəcəyə malik olan şəhid Arman Əliverdinin xatirəsinə/ belə adlandırılıb. Bir əməliyyat sistemi olan «Şəhid Arman» sistemi ortamənzilli və yüksək səviyyəyə malik bir sistem kimi, hədəfləri 180 kilometrlikdən aşkarlamaq və 120 kilometrlikdən onlarla mübarizə aparıb, onları məhv etmək qabiliyyətlərinə malikdir.
İranın müdafiə naziri vurğulayıb: «Arman» sistemi çox çevikdir və üç dəqiqədən az bir zamanda əməliyyata hazır olur. Bu sistem ölkə atmosferini müdafiə etmək istiqamətində mötəbər çətir yaradır.
O, əlavə edib: Pilotsuz və kiçik uçuş aparatlarının təhdidləri qarşısında ölkənin mühüm, həyati və həssas mərkəzlərinin qorunması üzrə digər nailiyyətlərdən biri, «Azərəxş» sistemidir.
Müxtəlif növ nəqliyyat vasitəsi üzərinə quraşdırılma, sutkalıq əməliyyatlar keçirmə, üçölçülü modern radar sistemindən bəhrələnmə imkanlarına malik olub, optik araşdırma qabiliyyətinə, həmçinin modern arayıcılara malik və «Şəhid Məcid» sistemi kimi çox yüngül və qısamənzilli olan «Azərəxş» sistemi hədəfləri mümkün olan ən qısa zamanda məhv edə bilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button