ArxivXəbər lentiXəbərlər

Yerevanda vəziyyət gərginləşib – Fotolar

Yerevanın Xorenatsi küçəsində vəziyyət gərginləşib. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, nümayişçilərlə polis arasında toqquşma davam edir.

Post-patrul xidmətinin alayı tərəfdən atəş açıldığı xəbəri verilir. Polis bir neçə cərgə düzülüb və yük maşınları ilə yolu kəsib. Nümayişçilər iddia edirlər ki, post-patrul xidmətiinin alayı olan tərəfdə nəsə baş verir. Bir qədər əvvəl iki təcili yardım maşını həyəcan siqnalı ilə polis cərgəsini yararaq xəstəxanaya tərəf gedib.

Hazırda nümayişçilərdə podpolkovnik Samvel Ovannisyan arasında danışıqlar gedir. O, sakitliyə çağırır, toplaşanları sakitləşdirməıyə çalışır. O, həm də qeyd edib ki, heç bir hücum olmayıb, atəş açılmayıb.

Xatırladaq ki, iyulun 17-də səhər bir qrup silahlı Erebuni post-patrul alayına hücum edərək bir neçə polis əməkdaşını girov götürüb. Polislərdən biri, həmin alayın komandir müavini Artur Vanoyan ölüb. Daha 4 polis – polkovnik Aram Ovannisyan, podpolkovnik Qraç Xosteqyan, kiçik zabit Qaqik Mkrtçyan, operator Robert Ayrapetyan, eləcə də alaya hücum edənlərdən biri Tatul Tamrazyan yaralanıblar. Sonuncunun vəziyyəti ağırdır, reanimasiyadadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button