ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hikmət Hacıyev: Ermənilər işğal zamanı azərbaycanlılara məxsus hər şeyi dağıdıblar

“İşğaldan azad edilmiş ərazilərimiz tamamilə dağıdılıb, məhv edilib. Azərbaycan xalqına aid nə var idisə hamısı dağıdılıb”.

“Report”un xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.

Onun sözlərinə görə, dünyanın hər hansı başqa bir münaqişə zonasında qəbiristanlıqların dağıdılmasına, məhv edilməsinə nadir hallarda rast gəlinir: “Azərbaycanlılara məxsus qəbirlər, qəbir daşları və qəbirin içərisindəki sümüklər belə dağıdılıb, məhv edilib. Görün, ermənilər necə vandalizm törədiblər! Biz Cəbrayılda bunun bir daha şahidi olduq”.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button