ArxivXəbər lentiXəbərlər

Hikmət Hacıyev beynəlxalq dairələrin Ermənistanın cinayətləri və destruktiv rəftarları qarşısında sükutunu qınadı

“Ermənistan hələ də öz destruktiv rəftarları ilə Azərbaycanın işğal edilmiş ərazilərində qondarma Dağlıq Qarabağ Respublikasının rəsmiləşdirilməsinə səy göstərir”.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev “Səhər” kanalının müxbirinə verdiyi eksklüziv müsahibədə deyib.

Hikmət Hacıyev Ermənistan rejiminin təxribat xarakterli rəftarlarına işarə edərək, deyib: Bu kimi rəftarların önlənilməsi üçün lazımi tədbirlər görülüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri və Qarabağ ilə bağlı qətnamələrinə də işarə edib: “Ermənistan bu qətnamələrin icrası istiqamətində addımlar atmalıdır”.

Hikmət Hacıyev beynəlxalq dairələrin Ermənistanın cinayətləri və təxribatları qarşısındakı sükutunu da qınayıb və deyib: Dünya ictimaiyyəti BMT TŞ-nin qətnamələrinin icra edilməsi istiqamətində ciddi addımlar atmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button