ArxivXəbər lentiXəbərlər

“Heydər Əliyev prezident oğlu olduğunu hiss etdirmir”

Bu gün Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür.

 ADA Universitetində təhsil alan Heydər Əliyevin 19 yaşı tamam olur. Bu münasibətlə bacıları Leyla və Arzu Əliyeva sosial şəbəkədə Heydər Əliyevi təbrik ediblər.

Heydər Əliyev 1997-ci ildə anadan olub. Bakıda babası, ümummilli  lider Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində orta təhsil alıb. Daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib.

Bir neçə il əvvəl Heydər Əliyevə ingilis dilindən dərs demiş konqolu müəllimi Manto öz açıqlamalarında onu bu cür xarakterizə etmişdi:

“Mənə demişdilər ki, prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə prezident oğlunun olduğu heç vaxt hiss olunmurdu. Düzü, valideynlərini heç zaman məktəbdə görməmişəm. Amma bir müəllim kimi mənimçün ən önəmlisi məktəblinin savadıdır, valideyni yox. Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, prezident oğlu olduğunu əsla hiss etdirmirdi”.

Manto H.Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini vurğulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatik Akademiyasına qəbul olub. O, akademiyada beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli əsaslarla təhsil alır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button