ArxivXəbərlər

HEÇ KƏS PULU KÜÇƏYƏ ATMIR, AMMA UŞAQLARI ATIRLAR – Məqalə

Övlad keçmişi gələcəyə bağlayan bugündür. Yəni ailənin varlığını əks etdirən reallıqdır. Övladsız ailə, ailəsiz övlad olmaz. Göründüyü kimi, ailəni övladsız, övladı ailəsiz təsəvvür etmək mümkün deyil. Atılmış uşaqlar probleminin müasir dövrdə aktuallığını nəzərə alaraq, bugünkü yazımı həmin mövzuya həsr edirəm.
Övladının sabahını düşünmədən lazımsız bir əşya kimi atırlar.Təbii ki, onlar dövlətimiz tərəfindən yaradılmış körpələr evində sığınacaq tapırlar. Orada hər cür şəraitin olmasına, qayğı göstərilməsinə baxmayaraq, günahsız körpələr ana sevgisindən, ana məhəbbətindən, ana qucağından, ata sevgisindən, ata məhrumiyyətindən, ailə sıcaqlığından, ailə nəvazişindən uzaq qalırlar. Yəni heç bir qayğı ailə nəvazişinin yerini verə bilməz. Onlar ana sevgisi nədir? Ailə nədir? bilmirlər.
Bu hiss daima atılmışlar üçün yad bir hiss olaraq qalacaq. Onlar daha heç vaxt atılmaqdan qorxmayacaqlar.Nə sevgililəri atanda, nə də başqaları onlara fərq etməyəcək. Çünki dünyanın ən ağır dərdi olan atılmaq əzabını körpəliyindən yaşayıblar. Bu təkcə atılmışların faciəsi deyil, bir növ cəmiyyətin, dövlətin faciəsidir.
Axı uşaqlar bizim gələcəyimizdir. Bir uşaq ki ailə şəraitində yaşamayıb, ailə sevgisi duymayıb, ailə tərbiyəsi almayıbsa, o zaman sabahkı qurulacaq bir ailənin möhkəmliyindən söhbət gedə bilməz burda.
Düşünürəm ki, günü-gündən sayı artan bu atılmışlarla bərabər insanlar öz vicdanlarını, insaflarını, insani duyğularını da atırlar. Və belə addımlar çoxaldıqca bəşəriyyətin faciəsi də böyüyür. Biz isə hələ bu faciəni görmürük, ya da görmək istəmirik.
Bəzən fikirləşirəm ki, atdıqları bu addım üçün nə vaxtsa peşman olacaqlarmı? Bəlkə, uzaqdan da olsa, övladını gördükdən sonra ana adını daşıyan bəzi qadınlarda analıq məhəbbəti, analıq hissi oyanar. Bəlkə də bu qayğını , sevgini, nəvazişi övladlarından əsirgəyən valideynlər nə vaxtsa əməllərindən peşmançılıq çəkəcəklər. Onda isə nə bu körpələr, nə bu cəmiyyət, nə də ki Tanrı onları bağışlayacaq.
Valideynlər! Uşaqları atmayın. Uşaqlar bizim gələcəyimizdir. Təbiətin gözü ağaclardır, valideynin gözü uşaqlardır./birlik.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button