Xəbərlər

Haşimzadə: Qarabağ müsəlmanlarını himayə islam və humanistlik məsələsidir

Rəhbərlik Xobrəqan Məclisində Şərqi Azərbaycan əhalisinin nümayəndəsi Qarabağ müsəlmanlarının himayə olunmasını islam və humanistlik məsələsi adlandırıb.
Rəsa İnformasiya Agentliyinin məlumatına görə, İslam İnsan Haqları Komissiyasının Ali Şurasının üzvü Höccətülislam vəlmüslimin Haşim Haşimzadə Herisi Təbrizin Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar Müəssisəsinin konfranslar zalında “Qarabağ Münaqişəsində İnsan Haqlarının Vəziyyətinin Araşdırılması” mehvəri ilə keçirilən Qarabağ Beynəlxalq Konfransı öncəsi iclasında İran xalqının Qarabağ məsələsini izləmək üçün 7 səbəbi və dəlili olduğuna toxunaraq əlavə edib: Beynəlxalq hüquqa müdaxilə etməmək prinsipi dövlətlər arasındadır.
“Dövlətlər bir-birlərinin daxili məsələlərində müdaxilə haqqına malik deyillər. Lakin xalqlar və dünyanın azadlıq sevərləri müstəqil və dövlətlərdən ayrıdırlar və dövlətlərin ixtiyarında deyillər. Xalqların və azadlıqsevərlərin haqqı vardır ki, digər ölkələrin xalqları ilə humanistlik çərçivəsində dərdlərinə şərik çıxsınlar, ölkələrin işləri barəsində söhbət edib, mövqe seçsinlər. Əgər zülm, sitəm olunduğunu, hüququn tapdalandığını görüblərsə və ya eşidiblərsə, etiraz ağızlarını açmalı və bütün dünyada məzlum və haqları tapdalanmış insanların müdafiəsində maliyyə, hüquqi və siyasi cəhətdən onları dəstəkləməlidirlər” –deyə Haşimzadə Herisi bildirib.
“Qarabağın insan haqları məsələlərinin hüquqi və beynəlxalq sənədlərə əsasən izlənilməsi Azərbaycan və Ermənistanın daxili məsələlərində müdaxilə hesab olunmur” deyən Höccətülislam Haşimzadə əlavə edib: Buna görə qeyd etmək lazımdır ki, onun izlənilməsi xalqların və insanların hüquq və azadlıqları olmuş və beynəlxalq qayda və prinsipə əsasəndir.
Tehran Universitetinin Hüquq Fakültəsinin müəllimi “Digər dövlətlər və yaxud xalqlar tərəfindən hüquqi açıqlamalar və bir dövlətin əksəriyyət və yaxud xalqının azlığının hüququna təcavüzlərinə etiraz etmək müdaxilə hesab olunmur” deyərək bildirib: Bu məsələ beynəlxalq sənədlərə əsasən dövlətlərin və hüququ və bəzən də onların vəzifələrindəndir.
Haşimzadənin sözlərinə görə, əgər bir ölkədə, o cümlədən Azərbaycan və Qarabağ məntəqəsində xalqın insan haqları və ilkin hüquqları təcavüz məruz qalırsa və tapdalanırsa, beynəlxalq sənədlər və insan haqları üzrə beynəlxalq bildirişlərə əsasən dövlətlər və xalqların haqqı vardır ki, belə ölkələri və dövlətləri tənqid etsinlər və suçlasınlar, onlara nəzarət və təzyiq tətbiq etsinlər və onu xalqının hüququna riayət etməyə məcbur etsinlər. Bu məsələ digər ölkələrin daxili məsələlərində qeyri-qanuni müdaxilə hesab olunmur. Çünki xalqın hüquqlarının pozulması və azadlıqlarının alınması dövlətlərin daxili məsələləri və hüquqlarından deyildir və dövlətlərin belə haqqı yoxdur ki, onun qarşısını almaqla dövlətlərin daxili məsələlərində müdaxilə hesab etsinlər. Əgər müdaxilə də hesab olunarsa, bu müdaxilə qanuni və dövlətlərin beynəlxalq humanist və hüquqi vəzifələrindən və müdaxilə etməmək prinsipinin meyarlarından xaric və müstəsnadır.
Rəhbərlik Xobrəgan Məclisinin üzvü deyib: Müəyyən edilməlidir ki, Ermənistan, ya Azərbaycanın hansı birisi Qarabağ məntəqəsində insan haqlarını pozub və Qarabağın məzlum əhalisinin hüquqlarının pozulmasında nə qədər rol oynayıbdır. O, əlavə edib: Dostcasına insan haqları məsələsi İran xalqının Qarabağ məsələsinə həssas olmasına səbəb olan hallar və dəlillərdəndir, zira ötən iki həftədə Qarabağ məntəqəsində dostcasına insan haqlarına qarşı onlarla məsələ baş verib və bu halda da hər iki ölkə- Ermənistan və Azərbaycan ittiham olunur.
O, Qarabağ müharibəsi zamanı mülkilərin qırğın olunmaları və bir milyon müsəlmanın didərgin düşməsinə işarə edərək, deyib: Qonşuluq məsələsi bu əsaslardan digər birisidir, zira Qarabağ məntəqəsində hər cür müharibənin baş verməsi, eləcə də onun vurduğu zərərlər təbii surətdə İrana da təsir edib və edəcəkdir də.
O, Qarabağ məntəqəsinin İslami İrandan ayrıldığına görə, əslində İrana aid olduğunu bildirərək, əlavə edib: Qarabağ İrana aid olub və biabırçı Gülüstan və Türkmənçay müahidələri əsasında Rusiya tərəfindən işğal edilib və mən bu məsələni 1995-ci ildə İran İslam Şurası Məclisinin beşinci dövr seçkilərinin təbliğatları zamanı İranın Xarici İşlər Nazirliyi ilə müşavirədən sonra Rəsmi Bakıya ultimatum formasında göndərərək, ondan istədim ki, əgər bu ölkənin müsəlman xalqına qarşı əzab-əziyyətlər verməsini davam etdirərsə, öz hökumətimizdən istəyəcəyik ki, Azərbaycanın geri qaytarılması və onun İslami İrana qatılması barədə beynəlxalq və hüquqi addımları atsın, zira İranın Azərbaycanın öz ərazisinə birləşdirilməsi məsələsinin izlənilməsi üzrə haqqı qorunub saxlanılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button