ArxivXəbər lentiXəbərlər

“HamınıAzadEt” kampanyası yenidən başladı

Sosial şəbəkələrdə siyasi məhbusların azad edilməsinə çağıran #hamısınıAZADet #freethemALL heştaqı altında yeni kampaniya başlayıb. Bu barədə kampaniyanın təşəbbüsçülərindən biri Rəsul Cəfərov Facebook səhifəsində yazıb.
“Əsas məqsədimiz və çağırışımız dəyişməz olaraq qalır: siyasi məhbusların hamısı azadlığa buraxılsın!”, – R.Cəfərov yazıb.
O, istifadəçiləri kampaniyada fəal iştiraka çağırıb. Bunu qısa (30 saniyəyə qədər) videomüraciətlərlə çıxış etməklə, aprelin 2-də yayılacaq müraciətlərə (petisiyalara) imza atmaqla, kampaniyanın frame və posterlərini kütləvi şəkildə paylaşmaqla, kampaniyaya yeni insanların cəlb edilməsində iştirak etməklə, rəsmilərin sosial şəbəkələrdəki səhifələrinə çağırışlar yazmaqla etmək olar.
Xatırladaq ki, hüquq-müdafiə təşkilatlarının siyahısına görə, 16 mart əfvindən sonra Azərbaycan həbsxanalarında 74-dən 87-dək siyasi məhbus qalır.
“Azad et!” kampaniyasının birinci mərhələsi Novruz bayramı ərəfəsində keçirilib. Bayramla əlaqədar əfv sərəncamı ilə 52 siyasi məhbus azadlığa buraxılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button