ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hakimiyyət xalqı əzmək üçün bütün resurslarını meydana gətirib

Azərbaycandakı tayfa rejimi deputat “Fazil Mustafaya qarşı sui-qəsdə cəhd” adı altında bir-neçə şiə inanclısını məzhəbini nümayişkaranə şəkildə qeyd edərək, həbs edib.

Maraqlıdır ki, hakimiyyət Fazil Mustafanın güllələnməsinə dair ictimaiyyətə heç bir tutarlı sübut təqdim etməyib. Üsusilə də həmin hadisəni nə görən olub, nə də hansısa şahidi var. Hətta həmin ərazidə yerləşdirilmiş video kameralardan da heç bir görüntü ictimaiyyətə təqdim edilməyib.

Bildirilir ki, Azərbaycanda şiə inanclılarına qarşı olan bu kütləvi həbs kampaniyası və bütün bu proseslər, rejimin İrana qarşı istifadə etdiyi təzyiq vasitəsidir.

Son illər ərzində dünyanın heç bir ölkəsində başqa bir ölkəyə təzyiq etmək üçün öz vətəndaşlarına belə zülm verilməyib.

Bu arada repressiya Bakı ilə yanaşı rayonlarda da müşahidə olunur.

Daxil olan məlumata əsasən, Yevlaxda şiə dindarlar kütləvi şəkildə həbs edilir.

Həbs edilən Samir Məmmədov, Ramin Quliyev, Seymur Hacıyev. Vəfadar Pənahəliyev, Rahib İsgəndərov, Fəxri Zülfüqarlı külli miqdarda narkotik vasitələrin alqı-satqısı və istehsalı ittihamı ilə şərləniblər.

Adı çəkilən şəxslərin harada saxlandığı hazırda məlum deyil.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button