AktualAktualArxivIslamXəbər lentiXəbərlər

“HAKİMİYYƏT TƏZYİQ YOLU İLƏ MƏHKUMLARI ƏFV ƏRİZƏSİ YAZMAĞA MƏCBUR ETMƏK İSTƏYİR”

AİP-in həbsdə olan lideri Mövsüm Səmədovun 2014-cü il sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülməsi, ona dərhal 5, daha sonra 7 sutkalıq “karser” cəzası verilməsi, oktyabrın 9-da isə hacının Qaradağ Rayon Məhkəməsi tərəfindən 12 saylı müəssisədən qapalı Qobustan həbsxanasına köçürülməsi haqda qərar çıxarılması böyük etiraza səbəb olub.

İslamınsesi.org-un müxbiri ADP sədri Sərdar Cəlaloğlunun bu mövzu ilə bağlı mövqeyini öyrənib.

-Sərdar bəy, son zamanlar AİP sədri Hacı Mövsüm Səmədova və digər islamçı məhkumlara qarşı təzyiqlər xeyli artıb. Siz bunun səbəblərini necə izah edirsiniz?

– Bilirsiniz, son vaxtlar onların azad edilməsilə bağlı müdafiə istiqamətində fəaliyyətlər həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində kifayət qədər güclənib. Eyni zamanda, həmin məhbuslar əfv ərizəsi yazmaq istəmirlər.

Mənə elə gəlir ki, bu məsələnin həlli iki faktordan asılıdır. Hökumət onları əfv xahişi əsasında buraxmaq istəyir. Amma siyasi məhbuslar buna razılıq vermirlər. Digər tərəfdən, beynəlxalq qurumlar, ölkə ictimaiyyəti onların azad olunmasını tələb edir. Bu da hökumətə qarşı təzyiqlərin güclənməsi deməkdir. Ona görə də bu cür addımlara əl atılır, təzyiqlər artırılır ki, onlar öz azadlıqları üçün müraciət etsinlər.

-Bu haqsızlığa etiraz etmək üçün dindarlar mitinq keçirməyi qərarlaşdırıblar. Siz daha hansı addımların atılmasını zəruri hesab edirsiniz?

-Mənə elə gəlir ki, aksiyalarla yanaşı, iqtidarın özü ilə dialoqa getmək problemin həlli üçün əsasdır. Azərbaycanda hazırda dioloqa hamı xəyanət, satqınlıq kimi baxır. Amma dioloq tərəflərin vəziyyətdən çıxmaları üçün beynəlxalq aləmdə geniş istifadə olunan bir üsuldur və dünyanın bir çox ölkələrində ciddi problemlərin həllində məhz, dioloqdan istifadə olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button