ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hakimiyyəti tənqid etdiyinə görə Birinci qrup əlil həbsdə saxlanıldı

Turanın məhbusun vəkili Bəhruz Bayramova istinadla verdiyi məlumata görə, məhkəmə mühafizəçiləri hərəkət etmək imkanları məhdud olan Xəlilovu çətinliklə məhkəməyə gətiriblər. 
İclasda Xəlilovun vəziyyəti pisləşib. Bununla belə, məhkəmə onu həbsdə saxlamaq barədə qərar qəbul edib.
Vəkil deyib ki, müdafiə tərəfi Xəlilovun ev dustaqlığına keçirilməsi haqqında vəsatət verəcək. Xəlilov kənar yardım olmadan keçinə bilməz. Onun həbsi və kənar şəxslərdən asılılığı fəalın vəziyyətinə mənfi təsir göstərib. 
Qeyd edək ki, əllərinin ifliç olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal idi və kompüterdə ayaq barmaqları ilə yazırdı. O, hakimiyyəti tənqid edir və etiraz aksiyalarında iştiraka çağırırdı. 
Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı ənənəvi hal almış külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham irəli sürülüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button