ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hacı Tale Bağırzadə “karsa” salınıb

Cəzaçəkmə müəssisəsi düzgün məlumat vermir
Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Hacı Tale Bağırzadənin “karsa” salınması bildirilir.

 “AzadBaki” informasiya agentliyi xəbər verir ki, bu barədə onun ailəsi bildirib.

Qeyd olunub ki, ilahiyyatçının zəng günü olmasına baxmayaraq, zəng vurmaması “kars”da olma ehtimalını yaradıb.

Siyasi məhbusun saxlandığı 12 saylı müəssisənin rəhbərliyi isə iddia edib ki, Tale Bağırzadənin heç bir problemi yoxdur və o, kars”da deyil.

Lakin axşama doğru həyat yoldaşının cəzaçəkmə müəssisəsi ilə növbəti zəngində məlum olub ki, müəsisə yalan məlumat verməklə Tale Bağırzadənin karserdə olma xəbərini qəsdən gizlədib. Ona bildirilib ki, Tale Bağırzadə karserdədir və zəng vura bilməməsi də bununla bağlıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button