ArxivIslamXəbər lentiXəbərlər

Hacı Ramil Bədəlov cümə xütbəsində növbəti dəfə məscid məsələsinə toxundu

Bu gün cümə xütbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin imam-camaatı Hacı Ramil Bədəlov ibadət evi ilə bağlı yaranmış suallara aydınlıq gətirib.

İslamazeri.az xəbər verir ki, ilahiyyatçı mövzu ilə əlaqədar müvafiq qurumlarla görüşlərin olduğunu bildirib:

“Keçən cümədən bəri çox suallar gəlir, məsələnin nə yerdə olduğunu ve necə olacağını soruşurlar. Həftə içi Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri ilə gorüşlər oldu. Bizə məsələnin həlli istiqamətində müsbət atdımlar atılacağını və yaxın ərəfələrdə məscidin təmirinin başlayacağını bildirdilər”.

Ramil Bədəlov qeyd edib ki, tam nəticə ilə bağlı ictimayyətə geniş açıqlama veriləcək.

Məscidin imam-camaatı sonda insanlardan sosial şəbəkələrdə ibadət evi ilə bağlı qıcıqlandırıcı sözlərə yol verilməməsini istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button