ArxivXəbər lentiXəbərlər

Hacı Məsim Novruzov Ayətullah Sabir Həmədani haqda: “Təqvalı, şücaətli, səxavətli, rəbbani alim idi”

Xəbər verdiyimiz kimi İranın Həmədan şəhərinin Xobreqan məclisində eks nümayəndəsi milliyətçə azərbaycanlı Ayətullah Sabir Həmədani bir neçə gün öncə dünyasını dəyişib

Xəbər verdiyimiz kimi İranın Həmədan şəhərinin Xobreqan məclisində eks nümayəndəsi milliyətçə azərbaycanlı Ayətullah Sabir Həmədani bir neçə gün öncə dünyasını dəyişib.

Bununla bağlı “İslamazeri” Portalı Ayətullah Sabir Həmədaninin Azərbaycanda fəaliyyəti zamanı onun köməkçilərindən olan “Bülbülə” dini icmasının sabiq sədri Hacı Məsim Novruzovdan münasibət öyrənib.

Hacı Məsim Novruzov böyük din aliminin dünyasını dəyişməsi xəbəri, Azərbaycanda bir çox dindarı narahat etdiyi kimi, onu da sarsıtdığını bildirib.

“Bu xəbərə çox sarsıldıq. Ayətullah Sabir Həmədani 1992-ci ildə Azərbaycana təbliğat üçün gəlib. İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin göstərişi ilə ölkəmizdə onun ilk nümayəndəsi olub. Təqvalı, şücaətli, səxavətli, rəbbani alim idi”, -deyən Hacı Məsim Novruzov bu mərhum alimin vəhhabiləyə qarşı kitabının ölkədə o dövrdə bir rezonans doğurduğunu və vəhhabi şübhələrinə sərrast və dəqiq cavablar silsiləsilə cavab verdiyini bildirib.

Hacı Məsim Novruzovun sözlərinə görə, Ayətullah Sabir Həmədani Azərbaycanın bir çox bölgələri üzrə fəaliyyətinin olduğunu və təlim, tərbiyə və elm təbliğatında böyük rolu olduğunu bildirib.

“Azərbaycandan əvvəl onun qardaş Türkiyədə böyük fəaliyyəti olmuşdu. Orada insanlara Quran və Əhlibeyt məktəbinin çatdırılması və təbliğatında öndərlik edirdi. Daha sonra Ayətullah Xamenei onu Azərbaycana təyin etdi və qısa müddət ərzində o təqva, səxavət, dürüstlüyü və təvazösilə o dövrün möminlərinin qəlbində məhəbbət qazandı.”, -deyən Hacı Məsim Novruzov sonda başsağlığını dilə gətirib.

“Onun tərcümeyi halında “məruf müctehid” kəlməsi yazılıb, mərcəiyyət təkliini qəbul etməyib. Əhlibeyt və Qurana, Allahın dininə böyük xidmətləri olub. Buna görə də, ilk növbədə Zamanın Sahibi – İmam Məhdi (ə)-a, daha sonra Ayətullah Seyid Əli Xamenei və digər mərcəiyyətimizə, həmçinin yaxınları və ailəsinə, bütün İslam aləminə dərin hüznlə başsağlığı verirəm.”, – deyə Hacı Məsim Novruzov bildirib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button