ArxivXəbər lentiXəbərlər

Hacı Hacıağa Nuri: “Səudiyyə zəvvarların təhlükəsizliyinə təminat vermir”

Azərbaycanlı zəvvarları gətirən sonuncu təyyarə artıq vətənə qaydıb. Bu il kifayət qədər çətin keçən həcc əməlləri vaxtı azərbaycanlı zəvvarlar da çətinliklərlə üzləşməli olublar. Bu il azərbaycandan gedən 3 zəvvar həyatını itirib.

Naradarn ağsaqqalı Hacı Hacıağa Nuri Deyerler.org-la fikirlərini bölüşərkən deyibki, Səudiyyə Ərəbistanının səhlənkarlığı nəticəsində ciddi problemlərə üzləşməli olublar: “Həcc əməllərində heç bir narahatçılığımız olmadı. Biz ziyarətimizi Mədineyi-Münəvvərədən başladıq. Məscidun-Nəbi, Bəqi qəbristanlığını ziyarət etdik. Məkkədəki ziyarətimizi yerinə yetirdik. Amma bu il Məkkə sıxlıq idi, isti çox şiddətli idi. Səudiyyə Ərəbistanı hökumət olaraq bu il heç bir təşkilatçılığı normal yerinə yetirə bilmədi.

Qurban bayramı vaxtı baş verən faciəli hadisə Səudiyyə dövlətinin səhlənkarlığı üzündən baş verdi. Bir çox ölkələrin çox ciddi zəvvar tələfatı oldu. Təəssüf ki, hər 2-3 ildən bir bu cür faciəli hadisələr baş verir. Səudiyyə dövləti zəvvarların təhlükəsizliyinə heç cür təminat verə bilmir. Bu məsələ gərək çox ciddi müzakirə olunsun və müsəlmanlar qəti mövqe bildirsinlər.

Məkkə və Mədinə Ərəbistanda yerləşir, amma bütün dünya müsəlmanlarına aid olan bir müqəddəs məkanlardır. Düzdür orada həyatını itirənlər şəhid oldular, amma onlar yaşaya bilərdilər. Bu Səudiyyə dövlətinin səhlənkarlığını nəticələridir. Qayıdan zaman müəyyən problemlər oldu. Səudiyyə dövləti bildirib ki, hər bir ölkə qayıdanda yalnız Ərəbistanın təyyarələri ilə qayıtmalıdır. Amma bağlanmış müqavilələrə riayət edə bilmədi. Saatlarla aeroportda gözləməli olduq”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button