ArxivIslamXəbər lentiXəbərlər

Hacı Cavad məscidi boşaldıldı – FOTO

Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidi boşaldılıb.
Məhəllə sakinlərindən Maide.Az –a verilən məlumata görə, məscid sökülmək məqsədi ilə boşaldılıb.
Məscidin əşyaları yük maşınlarına yüklənərək başqa yerə aparılıb. Məscidin ətrafında dindarlar toplaşıb məscidin söküntüsünə etiraz edir.
Xatırladaq ki, aprelin 12-də “Hacı Cavad” məscidinin sökülməsi cəhdi etirazlara səbəb olub. Məscidin sökülməsi xəbərindən narahat olan insanlar binanın ətrafına toplaşmışdılar.
Həmin gün baş nazirin müavini Yaqub Eyyubov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hadisə yerinə gəlmiş, İ.Mehdiyev “Hacı Cavad” məscidinin söküntüsünün müvəqqəti dayandırıldığını bildirmişdi.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev məscidin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button