ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hacı Abgül Süleymanov: “Vəhişiliklər qarşısında sakit qalanlar İsrail rejimi tərəfindən öldürülən körpələrin qətlində şərikdirlər”

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri, ruhani Abgül Süleymanov Beynəlxalq Qüds günüylə bağlı bəyanat verib. Bəyanatda ABŞ-ın və İsrail zülmünə qarşı müsəlmanların birləşməsinin vacib olması, irqindən və dinindən asılı olmayaraq hər kəsin Fələstinin azadlığı üçün çalışmalı olduğu vurğulanıb.

Qafqaz.ir-nın redaksiyasına daxil olan bəyanatda deyilir:

“Bismillahir Rəhmanir Rəhim.

Amerika və İsrail terroru maliyyələşdirən və dəstəkləyən dövlətlərdir. Bu hökumətlərin törətdiyi cinayətlər göz qabağındadır. Amerika höküməti təcavüzkar, İsrail isə işğalçı və qəsbkardır. Hamı bilir ki, Qüds müqəddəs islam torpağıdır. Yəni, Qüds Fələstin xalqınındır. Allahın haqqı var ki, bu dəhşətə və haqsızlığa göz yuman şəxsləri məhşərə kor gətirsin.

Mübarək Ramazan ayının son cüməsi bütün dünya zalımlarına etiraz günüdür. Ağıl və düşüncəsi olan hər bir şəxs bu məsələyə öz etirazını bildirməlidir. Yalnız düşüncəsini itirmiş şəxslər bu müsibətlərin qarşısında susarlar. Bu qədər vəhişiliklər qarşısında sakit qalıb tamaşa edənlər Fələstində qatil İsrail rejimi tərəfindən öldürülən körpələrin qətlində şərikdirlər. Çünki susmaq razılıq əlamətidir. Bu vəzifə yalnız İran İslam Respublikasının və ya müsəlman ölkələrinin borcu deyil. Bu bütün insanların vəzifəsidir; irqindən və dinindən asılı olmayaraq.

Əslində Fələstin problemini bugün Avropa Birliyi və xristian dünyası həll etməyə çalışmalıdır. Çünki özlərini dünyaya inkişaf etmiş kimi göstərən, insan haqlarından danışan və dünyada sülh və əmin-amanlığı öz üzərinə götürmüş kimi göstərən məhz onlardır. Lakin, bu, cəfəngiyyatdan başqa bir şey deyil. Qarabağ problemində biz onların yalançı olduqlarının şahidi olub, iç üzlərini gördük. Fələstin xalqına da onlardan dəstək gözləmirik.

Odur ki, Amerika və İsrailin törətdiyi qeyri-insani davranışlarına etiraz etmək bütün möminlərin insanlıq və İslam baxımından vəzifəsidir. Bu mübarək ayda Qədr gecəsindən sonra Allah qatında ən üstün əməl dünya zalımlarına qarşı səsimizi ucaltmaqdır. Bütün möminləri, axundları, cümə imamlarını, Qum və Nəcəf şəhərində təhsil alan tələbələri bu məsələdə fəal olmağa, sosial şəbəkələrdə bu məsələləri canlandırmağa çağırıram. Bu məsələdə səhlənkarlıq ağır cəzalar ilə nəticələnə bilər. Oğru və cinayətkarlar qorxaq olarlar. Bizim onların əleyhinə atdığımız hər bir addımımız onların narahatçılığına səbəb olur. Bu il pandemiya ilə əlaqədar olaraq İsrail səfirliyinin önünə çıxa bilməsək də, əlimizdən gələn formada zalımlara öz etirazımızı bildirməliyik.

Amerika və İsraili özünə dost tutan və onlarla əməkdaşlıq edən hər bir kəsə, Allahın, mələklərin, peyğəmbərlərin və bütün insanların lənəti olsun!”

Xatırladaq ki, bu il 7 may tarixi Beynəlxalq Qüds günü kimi qeyd olunur. Bununla bağlı dünyanın müxtəlif yerlərində aksiyalar və tədbirlər keçirilir.

Giperssilka.ru

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button