AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Həzrət Musa bin Cəfər əleyhissalsm islamçı dustaqların səbir və müqavimət örnəyidir

Qafqazmədəniyyət mərkəzinin raportunaəsasən Ərdəbil imamcüməsi ayətüllah Seyidhəsən Amili həzrətləri imam Musa Kazim (ə)-n şəhadətgünü münasibətilə cümənamazı xütbələrində islamçı dustaqların səbir və müqaviməti haqqında danışmışdır. Həmin sözlərin mətnini aşağıda veririk: Məsumlar (onlara salam) bizimüçün ən yaxşı həyat tərzi hədiyyə etmişlər. onların davranışlarını diqqətləizləməliyik. Çünki onların davranış və əxlaqiyyatı səmavidir.Həyat yolumuzun xəritəsidir.Biz özümüzü onlara oxşatmalıyıq. Peyğəmbər qiyamət günü Musa binCəfər (ə)-a bir rol vermişdir: şiə və Əhli-Beytin qəzəb etdiyi adamların  adlarını hesablamaq rolu. Yəni o büzürgüvarın bir kitabçası olacaq. O kitabçada şiələrin və əhli-beyt qəzəbinə düçar olanların adları  qeyd olunmuşdur. Oz dilimizlə desək biz o həzrətin hörmətini saxlamalıyıqki, adımızı həmin dəftərdən silməsin.Bunun yolu da ğzümüzü ohəzrətə oxşatmaqdır.Musəbni-Cəfər ağa çoxlu həbsxanalarda qalmışdı, bir həbsxanadan digərinə köçürülmüşdü.Bunun səbəbinəidi?11 ilə yaxın dustaq olmuşdur.Ailə görüşündənməhrum qalmışdı.Onun saxlanıldığı həbsxana əslində taxıl anbarı idi.

Mali cəhətdən elə bir sanksiya tətbiq edilmişdi ki, gündəlik məişətini belə təmin edə bilmirdi.Nəzarət altında idi və ona yaxınlaşan olmurdu.Həzrətin günü ya həbsxanalarda keçirdi, yaxud da xarabalıqlarda. Bağdadda heç kimqorxusundan ona ev kirə vermirdi. Həzrət bu çətinliklərə qatlaşdı, amma ideal yaşayışından əl çəkmədi.Inandığı prinsiplərdən vaz keçmədi.Bu, bizim üçün böyük dərsdir.Diqqət etsək, bu bizim həyat dərsimizdir.Niyə imam rahatlıq sevər olmadı?Niyə pəşimançılıq kağazına qol çəkmədi?

Harun Əl-Rəşid dedi: keçmişindən pəşiman olduğunu və gördüyün işlərdənəl çəkəcəyini yaz və imzala ki, biz səni azad edək. Həzrət o kağızı imazalasaydı nə olacaqdı?Keçmişindən pəşiman olduğunu bildirsəydinə olacaqdı? Harun Əl-Rəşid dedi: Dediyimi eləsən, nəinki, səninlə işimiz olamayacaq, hələ desən istədiyin məqamı və sərvəti sənə verəcəyik. Sözlə vəsf etməsimümkün olmayan eyş-işrəti həzrətin ixtiyarına verdi. Imam isə mübarizə adamı idi. Bu hökumətlə əməkdaşlıq etməyin haram olduğunu və belə adamların cəhənnəmə gedəcəyini bildirdi. O həzrət Səfvanla bir danışıqda onu belə bir qənaətə gətirir ki, dəvələrinin hamısını satsın. Səfvanın çoxlu dəvəsi var idi.Bu günkü dillə desək böyük bir nəqliyyat şirkətinə malik idi. O, dəvələrini satdı. Səfvan həzrətlə danışığında ona demişdi: MənHrunər-Rəşidə kömək etmək istəmirdim. Məişət təmini üçün bu işi gördüm. Həzrət onun cavabında demişdi: Amma dəvələrin onun ixtiyarında olduğu müddətdə dua edirsən ki, o ölməsin və sənin pulunu ödəsin, elə deyilmi? Əlbəttə elədir və bu da səni yazıq edər.Beləliklə o, öz dəvələrini satmaq qənaətinə gəldi.Harunər-Rəşid onu çağırddırıb sən nə eləyibsən?deyə soruşdu. Səfvan dedi: Artıq qocalmışam və işçilərim yaxşı işləmir. Harun dedi: kimin səni bu işə vadar etdiyini bilirəm. Demək Musəbni-Cəfər bir iş görür və Harun onun məqsədini başa düşür və Səfvana deyir: Allaha and olsun ki, qədimki dostluğumuz olmasaydə buradaca səni öldürərdim. Həzrət, Haruna bir mənalı olaraq sənin hökumətin qəsbkar bir hökumətdir deyir.Niyə?

Harun Fədəki Musəbni-Cəfərə vermədi.Çünki Fədəkin gəliri var idi.Həzrət bununla özünü təmin edə bilir və camaatı öz ətrafında birləşdirəcəkdi. Bir gün Harun zahiri saxlamaq üçün imama dedi: Fədəki sənə verməkistəyirəm. Sahəsini müəyyənləşdir. Həzrət, verə bilməzsən dedi. Harun səbəbini soruşduqda dedi: Fədəkin sahəsini desəm verə bilməyəcəksən. Harun dedi: Allaha and olsun ki, onu sənə vermək qərarına gəlmişəm. Sahəsinimüəyyənləşdir ki, verim. Həzrət dedi: onun sahəsi bir tərəfdən Yəmən, bir tərəfdən Afrika, bir tərəfdən Azərbaycan, birtərəfdən Hinddir. Harun dedi: bəs mənə nəqalır? Göründüyü kimi həzrət açıqca deyir ki, Harunun hakimiyyət haqqı yoxdur.Həzrətin bu davranışı bizə deyir ki, ideal fikirləşək, ideal yaşayaq və ideal qarşılıq ödəyək.Çox maraqlı sözlərdir.Əhli-beytin və şiəliyin haq yolunu dünyaya təsvir etməliyik.Axır ki, şiələrin qiyamətə kimi hansı yolu gedəcəyi bəlli olmalıdır.Şiə öz canını Musəbni-Cəfər təqdim edir.Çünki əlini zalım əlinə vermir. Allah-Taala deyir: Zalıma meyl göstərsəniz, siz də onunla bilikdə cəhənnəmdə yanacaqsınız. Imam öz canını fəda etdi ki, biz doğru yolun yolçusu olaq. Açıq deyim: o, canını bizim üçün Verdi. Qoy o həzrətdənmaraqlı bir hədis deyim: Allah şiələrəqəzəbelədi. Ilahi, dedim, mənim canımı al, amma şiələrlə işin olmasın.

Həzrət canından keçir, siz isə naməhrəmə baxmaqdan çəkinmirsiniz. Həzrət canından keçir, siz isə bir halda ki, iqtisadivəziyyətimiz böhran içindədirsatışda insafa riayət etmirsiniz,.

Bəzi islam ölkələrinin həbsxanaları doludur. Qətifdə böyük şəxsiyyətləri həbsə almışlar.Ərəbistan həbsxanaları çox dəhşətlidir.Qonşu ölkələrdə böyük islamçı şəxsiyyətlər hətta təsəvvürü dəhşətli olan həbsxanadadırlar.

Ərəbistanın böyük dustaqlarındanbiri ayətüllah Nümər Əl-Nümər cənablarıdır.Təəssüflü haldır ki, Ərəbistan dövləti onu Musəbni-Cəfərin şəhadt günündə edam edəcəyini, başını kəsəcəyini elan etdi. Ayətüllah Əl-Nüməri 25 Rəcəbdə edam edəcəkdilər. Orta əsr bir rejimi. Edam gününü ona görə 25 Rəcəbə təyin etmişdilər ki, siz Səddamı Qurban bayramında edam etdiniz. Biz də Nüməri 25 Rəcbdə edam edəcəyik. Mən elan edirəm ki, əgər Ali- Səud şeyx Əl-Nüməri edam etsə, özləri ilə dünya və Qətif şiələri arasındakı bütün körpüləri qırmış olacaqlar və ağır qarşılıq ödəyəcəklər. Böyük şəxsiyyətlərihəbsə alan və bu işindən sevinənlərə bir cümlədeyirəm. Bu cümlə Musəbni-Cəfər kəlamıdır. O həzrət Harun Əl-Rəşidə dedi: mənim ömrümdən azalan hər gün sənin ömründən də azalır. Nəhaət bir gün bütün gənlər qurtaracaq və sonu olmayan bir gün gələcəkdir.Mənim müsibətli dustaq günlərimdən ötən hər gün sənin eyş-işrətli günlərindən də ötür.Nəhayət sonu olmayan bir gündə Allah-Taalanın məhzərində olacağıq.Bəzilərin fikrinin xilafına olaraq bu insanlar həbsxanada sınmır, böyüyürlər.Ulduzlara baxın, uzaqdan kiçik görünürlər.Əslində isə olduqca böyükdürlər.Ulduzlar uzaqdan kiçik görünür, olduqları yerdə isə kiçik deyillər.

Allah Musəbni-Cəfər ağaya görə bizi bağışlasın.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button