ArxivXəbər lentiXəbərlər

Həbsxanadan bayram təbriki

Mənəviyyatla zəgin olan bu bayram münasibətilə hər birinizi təbrik edir, tezliklə diktatorlar üzərində qələbə qazanmaqla əsl bayram sevinci yaşamağınızı arzulayıram.

30 oktyabr 2017-ci ildə Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgahında ziyarətçilərlə polis əməkdaşları arasında yaranan qarşıdurmada saxlanılaraq həbs edilən Firudin Zeynalov həbsxanadan bayram təbriki göndərib. Operativ.tv-ə göndərilən yazını olduğu kimi təqdim edirik:

“Əziz həmvətənlər!

Bu gün xalqımız böyük bir iftixarla öz müqəddəs bayramlarından birini qeyd etməkdədir. Mən də mənəviyyatla zəngin olan bu bayram münasibətilə hər birinizi təbrik edir, xalqımıza ən xoş arzularım olan azad və mənəviyyatlı bir ömür arzulayıram.

Təbriklə bərabər bəzi fikirlərimi də sizinlə paylaşmaq istəyirəm.

Ölkədə uzun illərdir ki, tolerantlıq və multikulturalizm adı altında islami dəyərlərimizə şərait yaradılması görüntüsü olsa da, əslində dövlətin dinimizin həqiqi mahiyyəti ilə aşkar mübarizə apardığı bir şəraitdə mübariz ruhanilərin və fəal inanclıların təbliğatları nəticəsində xalqımızın bu dəyərlərə ildən-ilə daha da artan ehtiramları sevindirici olsa da, geniş bir auditoriyanın islamın həqiqi mahiyyətindən kənarda qalması heç də ürək açan deyil.

Namazla, orucla, həcc ziyarətiylə, xüms və zəkatla yanaşı Allahın dostlarıyla dost, düşmənləriylə düşmən olmağın, insanları pisliklərdən çəkindirib yaxşı işlərə dəvət etməyin, haqsızlıqlar qarşısında susmamağın da vacib olduğunu, yəni dinin həqiqi mahiyyətini insanlara çatdıranlara qarşı repressiyalar, həbslər, işgəncələr olmasa, bu kimi həqiqətlərin insanlara çatdırılmasının qarşısını almasalar, bu xalqın sərvətini talan edib, özünü də kölə vəziyyətinə salmaq mümkün olardımı? Əlbəttə ki, yox!
Bu səbəbdən mən bu gün xüsusilə mübarək ayda oruc tutmaqla, günahlardan çəkinməklə nəfsini islah etmiş, xalqın azadlığı uğrunda yaşlı valideyinlərindən, körpə balalarından, yaxınlarından ayrı düşmüş, canından, malından keçmiş mübariz insanları təbrik etmək istəyirəm.

Çünki bayramın mahiyyəti budur. Bu bayram mübarək ay boyunca oruc tutub, günahlardan çəkinənlərin, nəfsini islah edənlərin bayramıdır. Nəfsini islah etməyənlər isə heç zaman əbədi qalibiyyətə nail ola bilməzlər!

Sonda Hamınıza tezliklə bu diktatorlar üzərində qələbə münasibətilə əsl bayram sevinci yaşamağınızı arzulayıram”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button