ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Həbsdə olan blogerin ailəsi narazıdır

Həbsdə olan bloqer Aslan Qurbanovun ailəsi onun haqqında hökm qüvvəyə minmədən cəzaçəkmə müəssisəsinə köçürüldüyünü deyir. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınlarının sözlərinə görə, bloqerin 7 il azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verilib. Həmin şikayət üzrə heç ilkin baxış iclası keçirilməyib. Amma Qurbanov xeyli vaxtdır ki, 10 saylı Cəzaçəkmə Müəssisəsindədir.

“Bu adam haqqında qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Hökmdən şikayət verilibsə, deməli, hələ hökm qüvvədə deyil. Bunu niyə cəzaçəkmə müəssisəsinə aparıblar, izah eləyən yoxdur. Aparan kimi də “kars”a salıblar”, – Qurbanovun yaxınları belə deyir.

“Olur ki, hökmdən sonra dustaq köçürülür”

Bloqerin vəkili Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin cəzaçəkmə müəssisəsinə köçürülməsindən o da məlumatlıdır. Lakin onunla görüşə bilməyib. Çünki cəzaçəkmə müəssisəsində saxlanılan şəxslə görüşmək üçün vəkildən Penitensiar Xidmətin rəsmi icazə məktubu tələb olunur. Namazlı bu məktubu almaq üçün bir müddət öncə Penitensiar Xidmətə müraciət etdiyini deyir: “Bu məktubun alınması bir müddət vaxt aparır. Ona görə görüşə bilməmişəm. Ailə üzvləri orada saxlanma şəraiti ilə bağlı mənə də müəyyən məlumatlar veriblər. Amma mən gedib özü ilə görüşməmişəm, söhbətləşməmişəm deyə, dəqiq bir söz deyə bilmirəm”.

Ramazan bayramı ilə əlaqədar ölkədə iş günləri olmadığına görə Penitensiar Xidmətdən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Penitensiar müəssisələrdəki mənbə isə AzadlıqRadiosuna bildirib ki, bir sıra hallarda istintaq təcridxanalarında dustaqların sayının çoxluğuna görə saxlanma problemi yaşanır: “Olur ki, hökmdən sonra dustaq köçürülür, apellyasiya məhkəməsi başlayanda yenidən istintaq təcridxanasına qaytarılır. Çünki məhkəmələrə dustaqları aparıb-gətirən maşınlar, adətən, istintaq təcridxanalarından gedib-gəlir”.

Azadlıq radiosu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button