ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

HƏMAS atəşkəs planını qəbul etməyə şərt qoydu:

HƏMAS hərəkatının liderlərindən Üsamə Həmdan vurğulayıb ki, sionist rejim atəşkəs rejiminə sadiq qaldığını və qoşunlarının Qəzzədən çıxarılmasını açıq şəkildə bəyan etməlidir.
Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, HƏMAS funksioneri Üsamə Həmdan deyib: “Sionist rejimin əlində olan fələstinli məhbuslar məsələsi xalqımız üçün milli və mərkəzi məsələlərdən biridir”.
O əlavə edib: “İordan çayının qərb sahilində, işğal olunmuş Qüdsdə və Qəzzada sionist rejimin əsir və məhbuslara qarşı təcavüzkar hərəkətlərini gücləndirməsi xalqımıza qarşı intiqamdır”.
Həmdanın sözlərinə görə, sionist rejim məhbuslara qarşı dəhşətli cinayətlər törədir və təkcə oktyabrın 7-dən bu yana sionist rejimin həbsxanalarında 18 məhbus şəhid olub. Bundan əlavə sionist rejimin Qəzzə zolağına təcavüzü başlayandan indiyədək yüzlərlə fələstinli həbs edilib və onlarla insan işgəncələr altında şəhid olub.
HƏMAS üzvü vurğulayıb ki, İsrail rejimi atəşkəs və Qəzzə zolağından hərtərəfli geri çəkilmə ilə bağlı dəqiq mövqe irəli sürməsə, HƏMAS o planla razılaşmayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button