Xəbərlər

Gürcüstanın yeni prezidenti

Gürcüstanda oktyabrın 27-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri bəlli olub. Parlament çoxluğunu – hakim koalisiyanı təmsil edən Georgi Marqvelaşvili 62,19% səslə öndə gedir və onun prezident seçildiyi şübhə doğurmur. Onun ən yaxın izləyiciləri – indiki prezident Mixail Saakaşvilinin partiyasından olan namizəd David Bakradze 21,86%, sabiq parlament sədri Nino Burcanadze 10,04% səs toplayıb.
Margvelaşvili baş nazir müavini, elm və təhsil naziri postunu tutur. O, 1969-cu il sentyabrın 4-də anadan olub. 1992-ci ildə Tbilisi Dövlət Universitetini bitirib. Fəlsəfə elmləri doktorudur.
1994-1995-ci illərdə biznes şirkətində marketinq departamentinin rəisi olan Marqelaşvili 1995-2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun Gürcüstan nümayəndəliyində çalışıb. 1996-1997-ci illərdə Tbilisi Müstəqil Universitetində fəlsəfə və mədəniyyətdən dərs deyib.

2010-2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunun rektoru olub.Gürcüstan hökumətində 2012-ci ildən yer alır.Rus və ingilis dillərini bilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button