ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanın keçmiş müdafiə nazirini 9 ilədək həbs gözləyir

Gürcüstanın keçmiş müdafiə naziri, müxalif “Qalib Gürcüstan” siyasi hərəkatın lideri İrakli Okruaşviliyə qarşı rəsmi ittiham irəli sürülüb.
Məlumata görə siyasətçi kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur.
İrakli Okruaşvilinin özünü günahkar hesab etmədiyi bildirilir.
Sabiq nazirin günahı sübuta yetirilərsə, onu dörd ildən doqquz ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Okruaşvili iyulun 23-də Tbilisi Şəhər Məhkəməsində istintaqa ifadə verib.Keçmiş nazir iyulun 25-də Tbilisidə saxlanılıb. O, iyunun 20-21-də Tbilisidə baş verən hadisələrlə bağlı tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button