ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanın baş naziri ölkədə yaşayan müsəlmanları təbrik edib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Həzrəti Məhəmməd peyğəmbərin (s) mövludu günü ilə bağlı ölkədə yaşayan müsəlmanları təbrik edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazir özünün “Feysbuk” səhifəsində yazıb.

“Bütün qəlbimlə Gürcüstanın bütün müsəlman əhalisini Məhəmməd peyğəmbərin (s) doğum günü münasibətilə təbrik edirəm. Əminəm ki, biz birlikdə qarşılıqlı şəkildə hörmət və məhəbbətlə Gürcüstanda yaşamağa davam edəcək və onun firavanlığına çalışacağıq”, Giorgi Kvirikaşvili yazıb.

Baş nazir bütün müsəlmanlara sülh və sağlam həyat arzulayıb: “Mən sizinlə birgə bu bayrama qatılıram və hər birinizə sülh və sağlamlıq, mənəvi sakitlik və çiçəklənmə arzulayıram”, baş nazir qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button