ArxivXəbər lentiXəbərlər

Gürcüstanın Azərbaycana borcu açıqlanıb

2018-ci il yanvarın 31-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,855 mln. dollar təşkil edir.
qafqaz.ir rakurs.tv-nin   verdiyi xəbərə görə, qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 332,941 mln. dollar təşkil edir. Bu məbləğin 5 mlrd. 245,513 mln. dolları hökumətin payına düşür.
 Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (297,123 mln. dollar), Yaponiya (216,948 mln. dollar) və Fransadır (216,677 mln. dollar).
 Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana müvafiq olaraq 16,981 mln., 70,616 mln. və 10,027 mln. dollar borcu var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button