Aktual

“Sədərək”də 50 anbar külə döndü

İyunun 17-dən 18-ə keçən gecə Qaradağ rayonu ərazisində yerləşən, Qafqazın ən iri ticarət mərkəzlərindən biri olan “Sədərək” Ticarət Mərkəzində şiddətli yanğın baş verib.
Gecə saat 23.00-da Ticarət Mərkəzinin “Şirniyyat” bölümünün ambarlar hissəsində baş verən yanğın, şiddətli şimal küləyi nəticəsində qısa zamanda böyük bir ərazini ağuşuna alıb. Şahidlərin sözlərinə görə, yanğınsöndürənlər yağının lokallaşdırlmasına dərhal və tam qüvvələri ilə reaksiya verməyiblər. Əvvəl hadisə yerinə cəmi 1 yanğınsöndürən maşın gəlib. Hadisədən xəbər tutub əraziyə toplaşan tacirlər isə buna etiraz ediblər. Habelə Ticarət Mərkəzinin təhlükəsizlik xidməti tacirlərə anbarlara yaxınlaşaraq yanmayan malların çıxarılmasına icazə verməyiblər.
Qeyd edək ki, «Sədərək» Ticarət Mərkəzinin ərtafında gölməşələr də mövcuddur. Bu gölməçələr tədricən qurudulmasında binaların söküntülərindən istifadə olunur. Dadlı “karas” balıqları ilə zəngin olan bu gölməçələrin ətrafında sutka boyu həvəskar balıqçılar toplaşır. Balıqçılar adətən soyuqdan və ya ağcaqanaddan qorunmaq üçün ərazidəki söküntü materiallarından toplayaraq tonqal qalayırlar. FHN-dəki mənbənin “Bizim Yol”un əməkdaşına verdiyi məlumata görə, dəfələrlə ticarət mərkəzindən yanlış yanğın sıqnalları allblar. Bir neçə dəfə yanğısöndürənlər balıqçı tonqalarını söndürməyə çağırılıblar. Əslində tonqalar ticarət mərkəzindən aralı və gölməçənin qırağında olur və onlar təhlükəli hesab etmək olmaz. Bu səbəbdən ticarət mərkəzinin yanması barədə növbəti sıqnal ciddiyə alınmayıb. Amma ilk yanğısöndürən komandası hadisə yerinə çatdıqdan və yanğının miqyasını müəyyən edəndən sonra yanğınsöndürənlərin Bakı Qarnizonun əsas qüvvələri əraziyə cəlb edilib.
Rəsmi məlumata görə, təxminən 7 saat davam edən yanğın, iyunun 18-də saat 06.07-də FHN əməkdaşları tərəfindən söndürülüb. Səhər saat 10 radələrində hadisə yerində olan “Bizim Yol”un əməkdaşı 15-ə yaxın yanğısöndürən maşın, və böyük sayda FHN-in şəxsi heyyətini müşahidə edib. Mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın ərazisinə kənar şəxslər, jurnalistlər də buraxılmayıb. Ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimov vəziyyətə müdaxilə edəndən sonra jurnalistlər hadisə yerinə buraxılıb və onların çəkiliş aparmalarına da imkan yaradılıb. K.Qədim olayın səbəbləri barədə ilk versiyanı da dilə gətirib.
“Yanğının nədən baş verdiyini hələ dəqiq bilmirik. Ekspertlər araşdırma aparacaqlar və onda dəqiq hər şey bilinəcək. Düşünürəm ki, yanğın elektrik naqillərində qısa qapanmadan baş verib. Amma bu son fikir deyil”. K.Qədim ümumilikdə 700-800 kv.meter sahənin yandığını bildirib.
O, mağazası yanmış sahibkarlara kompensasiyaların verilib-verilməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Yanğınsöndürmə işləri tam başa çatandan sonra hər bir sahibklara dəymiş ziyan müəyyənləşdiriləcək və yalnız bundan sonra kompensasiya məsləsinə baxılacaq”.
Dünən Fövqəlada Hallah Nazirliyi də ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb: “Ticarət Mərkəzinin ərazisində ümumi sahəsi 5440 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki mallar (alışqanlar, alışqanların ehtiyat balonları, ətriyyat məhsulları, plastik uşaq oyuncaqları və digər tezalışan mallar) 1400 kv.m sahədə yanmışdır. Anbarın qalan hissəsi və yaxınlıqdakı digər anbarlar yanğından mühafizə olunmuşdur. Anbarda tezalışan malların olması yanğının söndürülməsini çətinləşdirmişdir”.
“Bizim Yol”un əməkdaşı hadisə yerində tacirlərələ danışmağa cəhd edib. Amma başlarını itirmiş tacirlər, nədənsə özlərini elə aparıblar ki, güya dükanlarını jurnalistlər yandırıb və mediaya heç bir məlumat vermək istəməyiblər. Əməkdaşımızın müşahidələrinə görə, 3 cərgədə 50-yə yaxın ambar yanıb. Ambarlarda əsasən qab-qacaq və sair miallar olub. Alovun mərkəzinə düşmüş dükanlarda ələ gələsi bir çop də qalmayıb, hətta dükanların dəmir jalyuzləri də ərimişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button