ArxivXəbər lentiXəbərlər

Gürcüstanda yüz minlərlə vətəndaşın bank borcu silinəcək

Gürcüstan adı qara siyahıda olan 600 mindən çox vətəndaşının banklara olan borcunu silmək barədə qərar qəbul edib
qafqaz.ir “RİA Novosti” istinadən xəbər verilir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.
“Söhbət banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına borcu olan 600 mindən çox insandan gedir. Ümumi məbləğ 1,5 milyard lari (565,3 milyon dollar) təşkil edəcək. Bu gün verilən qərara görə, bizim vətəndaşlarımızın borcu silinəcək”, – deyə Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu kateqoriyaya 150 min nəfər sosial təminatsız və məhdud imkanları olan vətəndaş daxildir. Borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və ayın sonuna qədər bu prosedur davam edəcək.
“Xalqımız yeni ili borcu olmadan qarşılayacaq”, – deyə baş nazir əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button