ArxivXəbər lentiXəbərlər

Gürcüstanda “Qurani-Kərim” yeni tərtibatda nəşr olunub

Gürcüstanda Qurani-kərimin Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sifarişi və dəstəyi ilə çap olunan müqəddəs kitab dini məktəblərə və məscidlərə, həbsxanalardakı dini ibadət yerlərinə, eləcə də maraqlananlara pulsuz paylanacaq.
SalamNews qafqaz.ir -a verilən məlumata görə, əvvəlki nəşrdən fərqli olaraq yeni kitabda mətn ərəbcə verilir, haşiyələrdə isə tərcümələr qeyd olunur.
Azərbaycan dilində nəşr olunan Qurani-kərimin tərcüməsi akademik Ziya Bünyadov və Vasim Məmmədəliyevə, gürcü dilinə tərcüməsi isə Rezo Mikeladzeyə məxsusdur.
Qeyd edək ki, ötən il Ağabala Mehdiyev və Dürdanə Cəfərlinin tərcümə etdikləri 1200 səhifədən ibarət müqəddəs kitab 3 min nüsxədə çap edilərək Gürcüstanda yaşayan müsəlmanlara pulsuz təqdim olunub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button