ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda “Qədir-xum” mövzusunda elmi konfrans keçirilib – FOTOLAR

Bu gün Tbilisidə yerləşən “Alulbeyt” adına Dini Mədəniyyət Mərkəzində “Qədir-xum hadisəsinin islam tarixində rolu” mövzusunda elmi konfrans keçirilib.

İslamazeri.com xəbər verir ki, konfransda din, dövlət və ictimaiyyət xadimləri, həmçinin azərbaycanlı ziyalılar iştirak edib.

Konfransı giriş sözündən sonra Quran tilavəti ilə açan Vidadi Qurbanov sözü öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib. O təşkil olunan konfransın məqsəd və qayəsini açıqladıqdan sonra İslam tarixində üç əsas və önəmli hadisələrin (Besət, Qədir-xum və Zühur) əhəmiyyət və fəlsəfəsindən danışıb: “İslam tarixində Peyğəmbərin (s) Həra mağarasında Allah tərəfindən seçilməsi və İmam Əlinin (ə) Qədir-xumda Peyğəmbərimizin (s) canişini olaraq təyin edilməsi bir tarixi hadisə olmaqla yanaşı, bəşəriyyətin və xüsusilə də İslam ümmətinin taleyini müəyyən edir”.

Sonra çıxış edən Əl-mustafa Beynəlxalq Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zare bu günə təsadüf edən “Mübahilə” hadisəsini əsas gətirərək Quranda “Qədir-xum”la bağlı nazil olan ayələri izah edib.

Daha sonra ölkəmizdə qonaq olan Ümumdünya “Əhli-beyt” Assambleysanın Ali Şurasının sədri, Təbrizin keçmiş İmam Cüməsi Ayətullah Möhsin Müctəhid Şəbistəri İmam Əlinin (ə) vilayət məqamından, Hz. Əlinin (ə) hər iki məzhəb tərəfindən elm, şücaət, təqva və s. bir çox sahələrdə nümunəvi şəxs olduğundan danışıb. Bu gün Peyğəmbərimizin (s) “Qədir-xum”da İslam ümmətinə qoyduğu iki əmanətə müsəlmanların düzgün vəfa etmədiyindən söhbət açıb. Bəzi müsəlman ölkələrində bu gün yaşanan hadisələrin səbəbinin məhz Quran və Əhlibeytə birgə sarılmamalarından irəli gəldiyini izah edib.

Son zamanlar İslamın fitnə ilə qarşılaşdığı və İslam coğrafiyasında ürək ağrıdan hadisələrin yaşandığı bir zamanda müsəlmanların tək ümmət olub daha da vəhdət təşkil edərək bir olmalarının önəmindən danışıb.

İki saat sürən konfrans Hacı Rahid Kərimovun İmam Zaman (ə) duası oxuması ilə sona çatıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button