ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tbilisidə Saakaşviliyə görə yenidən aksiyalar keçirilib, saxlanılanlar var

Gürcüstanın paytaxtı Tbilisidə sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin binası qarşısında aksiya keçiriblər.

Qafqaz.ir  SalamNews-a istinadən xəbər verir ki, aksiya iştirakçılarının sayı bir neçə yüz nəfər olub.

Aksiya iştirakçıları sabiq prezidentin azadlığa buraxılmasını, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Müxalifətin keçirdiyi aksiya zamanı 46 nəfər saxlanılıb.

Gürcüstan DİN-n yaydığı məlumata görə, saxlanılan şəxslər polisin tələblərin tabe olmayıb və avtomobil yolunu bağlamağa cəhd ediblər. Hadisə yerinə Gürcüstan polis patrulunun rəisi Vaja Siradze də gəlib.

Qeyd edək ki, noyabrın 8-də Gürcüstanın sabiq prezidenti, Rustavidəki 12 saylı həbsxanada 39 gündür aclıq elan etmiş Mixail Saakaşvilini həbsxanadan çıxarıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button