ArxivXəbər lentiXəbərlər

Gürcüstanda “Kərbəla hadisəsində qadınların rolu” adlı elmi seminar keçirilib

Gürcüstanın paytaxtın Tibilisidə yerləşən “Alul-beyt” Mədəniyyət Mərkəzində “Kərbəla hadisəsində qadınların rolu” mövzusunda elmi seminar keçirilib.
Gürcüstan Müsəlmanları İdarəsindən SalamNews-a verilən məlumata görə, ülmi toplantının iştirakçıları əsasən xanımlar, din xadimləri, dövlət rəsmləri, təşkilat sədrləri və tələbələrdən ibarət idi.
Seminarı Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov açaraq iştirakçıları salamlayıb məhərrəmlik münasibəti ilə başsağlığı verdikdən sonra İslamdan öncəki və sonrakı dövrlərdə qadınların vəziyyəti və ictimai mövqeynə toxunmuş, Kərbəla vaqiəsində Peyğəmbər (s) ailəsindən olan xanımlara qarşı baş verən zülm, zorakılıq və fiziki və mənəvi əziyyətdən daışıb. O, günümüzdə dövləti narahat edən qadın zorakılığı və ona edilən haqsızlığa qarşı Quran və hədislərdən sitatlar söyləyib.

Seminarda iştirak edən Təbrizli din alimi Hacı Məhəmməd Baqir Saivər və Beynəlxalq “Əl-mustafa” Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Qəşəmi isə “İslamda qadının dəyəri” və Kərbəla hadisəsinin carçısı Həzrət Zeynəbin (s) fəaliyyət və fədakarlığından söz açıb.

Sonra Gürcüstan parlamentinin deputatı Əli Məmmədov və Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Zaur Darğallı dəvətə görə seminarın təşkilatçılarına və olduqca mühüm olan mövzu ətrafında fikirlərini bölüşüb.

Seminarın sonunda R.İgidov belə elmi seminarların davamlı olacağını bildirərək BGMİ ilə əməkdaşlıq edən təşkilatlara, “Əl-mustafa” Universitetinin müəllim və tələbələrinə və xüsusi ilə seminarın təşkilində böyük zəhməti olan “İman” Mədəni Maarif Müəssisəsinin Qadınlar İcmasına təşəkkür edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button