ArxivXəbər lentiXəbərlər

Gürcüstanda İmam Zamanın (ə.f) mübarək mövludu möhtəşəm şəkildə qeyd edilib

Hədəf14.az xəbər verir ki, Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-beyt (ə) Aşiqləri Forumu və Zeynəb (s.ə) Qadınlar Birliyinin təşkilatçılığı ilə Ali Muhəmmədin (s) Qaimi bəşərin xilaskarı Həzrəti Məhdi (ə.f) təvəllüd günü münasibətilə möhtəşəm tədbir keçirildi. 

Tədbir Kərbəladan Gürcüstan müsəlmanlarına hədiyyə olunan bayraqların təqdim edilməsi ilə başladı. Həmçinin aparıcı Məşhədi Azər Məmmədov  tədbirin daha da nuraniyyət qatmaq üçün Quran qarisi Kərbəlayi Rza Cəfərini Qurandan öz gözəl səsi ilə bir neçə ayə tilavət etmək üçün dəvət etdi. 

Sonra Azərbaycan Respublikasından təşrif gətirən Əhli-beyt (ə) məddahi Seyid Peyman Əhli-beytin (ə) şəninə şer və ilahilər səsləndirdi.

Tədbirin əsas xətibi olan Beynəlxalq Al-Mustafa (s) universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Davud Zarii çıxış edərək, İmam Zamanın (ə.f) İlahi Peyğəmbərlərlə (ə) oxşar cəhətindən danışdı. O, qeyd etdi ki, Allah Peyğəmbərlərinə (ə) verdiyi fəzilətin hamsını İmam Zamana (ə.f) verib.

Əhli-Beyt (ə) məddahi Seyid Peyman yenə tədbirdə öz gözəl səsi ilə şer və ilahilər səsləndirdivə məclis fərəc duası ilə yekunlaşdı.

 

İmam Zamanın (ə.f) təvəllüdü möhtəşəm şəkildə keçirildi (foto)

İmam Zamanın (ə.f) təvəllüdü möhtəşəm şəkildə keçirildi (foto)

İmam Zamanın (ə.f) təvəllüdü möhtəşəm şəkildə keçirildi (foto)

İmam Zamanın (ə.f) təvəllüdü möhtəşəm şəkildə keçirildi (foto)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button