ArxivXəbər lentiXəbərlər

Gürcüstan Prezidenti maaşından imtina edib

Gürcüstan Prezidenti Salome Zurabişvili əməkhaqqından imtina edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə dövlət başçısı keçirdiyi mətbuat konfransında bildirib.

O, Fransadan təqaüd aldığını və maaşını xüsusi fonda köçürəcəyini deyib: “Prezident Fondu ləğv olunduğundan xeyriyyəçiliyə dəstək verilməlidir. Prezident bu cür təşəbbüslərin bir növ himayəçisi olmalıdır. Buna görə də qərara aldım ki, mənim himayəm altında və ictimai şəxslərin köməyi ilə fond yaradılsın. İlk növbədə, mən əməkhaqqımı həmin Fonda köçürəcəyəm. Ümid edirəm ki, məndən sonra digərləri də bu addımı atacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button